Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Hindistanda xoruz sahibini öldürdü - Quşa qarşı cinayət iş açıldı

Hindistanda xoruz sahibini öldürdü - Quşa qarşı cinayət iş açıldı

Hindistanın Telangana ştatında döyüşən xoruz təsadüfən sahibini öldürüb.

SHOWNEWS.AZ xəbər verir ki, bu haqda informasiyanı “Times of India” nəşri yayıb.

Polisin verdiyi məlumata görə, 45 yaşlı Tanuğul Satiş xoruzunu quş döyüşündə iştirak etmək üçün Cagital şəhərinə gətirib.

Döyüş başlamazdan bir az əvvəl quş qaçmağa çalışıb və təsadüfən pəncəsinə yapışdırılmış bıçaqla sahibinin qasıq nahiyəsinə vurub. 

Satiş yerli xəstəxanaya aparılarkən yolda keçinib. Polis qətl hadisəsini qeydə alaraq xoruzu polis bölməsinə aparıb.

Eyni zamanda, polis məmurları xoruzun həbs olunduğu haqda xəbər kanallarının açıqlamalarını təkzib ediblər.

"Polis istintaq zamanı xoruzu qorumalı və ona bağlanan bıçaqları məhkəməyə təqdim etməlidir". Polisin məhkəmə üzrə müfəttişi B.Civan belə deyib.

O, Telanqanda qadağan olunan xoruz döyüşlərinə qatılan digər şəxslərin tutularaq ədliyyəyə aparılacağını qeyd edib:

“Xoruzun gələcək taleyi məhkəmə tərəfindən həll ediləcək”.