Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyədə toylara icazə verilir - CƏMİ 1 SAAT və 50 NƏFƏR

Türkiyədə toylara icazə verilir - CƏMİ 1 SAAT və 50 NƏFƏR

Türkiyədə toy mərasimləri və bənzər yığıncaqların təşkil olunması qaydaları bölgələrdəki epidemioloji vəziyyətə görə müəyyənləşdiriləcək.

 

SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti ilə iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Nikah mərasimləri şəklində toylar aşağı və orta yoluxma riskli əyalətlərdə maksimum 100 nəfər, yüksək və kritik yoluxma riskli bölgələrdə 50 nəfərdən çox iştirakçı və müddəti bir saatdan çox olmamaq şərtilə keçirilə bilər. Qeyri-hökumət təşkilatlarının, ticarət birliklərinin, kooperativlərin və buna bənzər təşkilatların ümumi yığıncaqları isə aşağı, orta və yüksək riskli vilayətlərdə 300-dən çox iştirakçı olmamaq şərti ilə keçirilə bilər”,- deyə Ərdoğan qeyd edib.