Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyədə hərbi helikopter düşdü - 9 şəhid, 4 yaralı

Türkiyədə hərbi helikopter düşdü - 9 şəhid, 4 yaralı

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.

SHOWNEWS.AZ xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində doqquz əsgər şəhid olub, dördü yaralanıb.

 

Hadisə Bitlisin Tatvan rayonunda, Nemrud dağının ətəklərində, yerli vaxtla 17.30-da qeydə alınıb. Qəzanın səbəbi hələlik bilinmir. Ancaq bölgədə duman olduğu qeyd edilir.

Nazirlikdən bildirilib ki, yaralı hərbçilərin xəstəxanlara yerləşdirilməsi ilə bağlı işlər davam etdirilir.