Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

ABŞ-da dörd nəfər lotereyada 1 milyard dollar uddu

ABŞ-da dörd nəfər lotereyada 1 milyard dollar uddu ABŞ-ın Miçiqan ştatında dörd amerikalı “Mega Millions” lotereyasında 1,05 milyard dollar udub.

Qaliblər “Wolverine FLL Club” lotereya klubunun üzvləridir. Onlar uduşlu biletləri Detroyt şəhərinin ətrafındakı “Kroger” ərzaq mağazasından alıblar. Uduşlu nömrələr 04-26-42-50-60-dan yaranıb.

ABŞ-da lotereya uduşlarından da vergi tutulur, qaliblər təqribən 776 milyon ABŞ dolları ödəyirlər. Lotereyanın qaliblərinin adları açıqlanmır.