Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dünyada tualet kağızı çatışmazlığı ola bilər

Dünyada tualet kağızı çatışmazlığı ola bilər

Davam edən koronavirus pandemiyası fonunda dünya tualet kağızı çatışmazlığı ilə üz-üzə qala bilər. 

News24.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Agentliyin məlumatına görə, bunun səbəbi dəniz nəqliyyatına tələbin artması və yük gəmilərinin çatışmazlığı ola bilər.

Konteynerlərlə daşınan malların ixracatçıları artıq bu problemdən əziyyət çəkiblər. İndi digər qablaşdırma növləri - çuval, çəllək və qutularla yarana bilər.

Bu tip sanitariya məhsulları üçün dünya üzrə xammal tədarükünün təxminən üçdə birini təmin edən Braziliyanın "Suzano SA" şirkətinin rəhbəri Valter Şalka istehsal üçün lazım olan odun sellülozunun ixracı ilə bağlı problem barədə açıqlama edib. 

Şalka terminallarında artan rəqabət səbəbiylə vəziyyətin daha da pisləşə biləcəyini deyib.

O bildirib ki, daşıma problemi xammal tədarükünün ləngiməsinə və tualet kağızı istehsalının azalmasına səbəb olacaq.