Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Bu baş versə, kasib insan olmayacaq” - ŞOK PROQNOZ

“Bu baş versə, kasib insan olmayacaq” - ŞOK PROQNOZ

"Onu Yerə gətirsək, kasıb adam qalmayacaq".

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı tanınmış professor məlumat verib.

Konya Texniki Universitetinin Mədən Mühəndisliyi Bölümünün Başçısı, Professor Niyazi Bilim dəyəri dünya büdcəsindən təxminən 136 min dəfə çox olan "16 Psyche” asteroidi haqqında məlumat verib.

Araşdırmalar göstərir ki, dünyadakı mədənlərin 50-300 il arasında bitəcəyi ortaya çıxıb. 

Professor bildirib: "Mars və Yupiter arasında təxminən 200 km diametrində "16 Psyche” adlı asteroid aşkarlanıb. Bu asteroidin içərisindəki platin, qızıl, gümüş, moniplen və başqa dəyərli mineral maddələr dünya büdcəsindən təxminən 136 min dəfə çoxdur. Onu dünyaya gətirə biləcəyimizi bacaracağımız təqdirdə dünyada kasıb insan qalmayacaq. Dünyamıza yeni mədən gətirə bilsək, həm mədən məhsullarının qitməyi düşmüş olacaq, həm də irəliləyən zamanda insanların daha yaxşı yaşamını təmin etmək olar”. 

Professor bildirib ki, bunlar 20-50 il ərzində baş tuta bilər: "Araşdırmalara əsaslanaraq düşünürəm ki, 20-50 il ərzində dünyaya tonlarla mineral gətirilə bilər. İnanıram ki, 100 il ərzində uzay mədənçiliyi həyata keçiriləcək. Bu gün inanılmaz görünən texnologiyalar da 100 il əvvəlki insanlar üçün inanılmaz idi. Bu səbəbdən inanılmaz görünə bilər. Mən hətta 100 ildən daha tez olacağını düşünürəm”.