Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyanın Kabildəki səfirliyini “Taliban” mühafizə edir

Rusiyanın Kabildəki səfirliyini “Taliban” mühafizə edir

“Taliban” hərəkatının nümayəndələri Əfqanıstandakı rus diplomatların başından bir tük də əskilməyəcəyini təsdiq ediblər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Kabildəki səfiri Dmitri Jirnov deyib. Səfirin sözlərinə görə, hazırda səfirliyin mühafizəsini buranı tərk etmiş əfqan hərbçilər əvəzinə “taliban”lar həyata keçirir. 

 

“Səfirliyimizi artıq “taliban”lar mühafizə edir. Bu gün təhvil həyata keçirildi: bizi mühafizə edən əfqan hərbçilər getdi. İndi talibanlar oldu. Onlar bir daha təsdiq etdilər ki, rusların başından bir tük də əskilməyəcək və biz sakit işləyə bilərik”, - deyə Jirnov “Rossiya 24” telekanalının efirində vurğulayıb.