Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyə İranla sərhəd boyunca beton divar çəkir

Türkiyə İranla sərhəd boyunca beton divar çəkir

“Sərhəd təhlükəsizliyimiz üçün fərqli tədbirlər görməyə başladıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda çıxışı zamanı deyib.

Prezident bildirib ki, İranla dörd vilayətin sərhədi var:

 

“Ağrı, Hakkari, Iğdır və Van İranla həmsərhəddir. Sərhəd xəttində 157 kilometrlik divar tamamlandı. Bunlar təkcə köç üçün yox, terrora qarşı da bizim üçün vacib amildir.

Bu divarı formalaşdıran üç metrlik blokların üzərində bir metrlik tikanlı məftillər var. Tamamlanan divar uzunluğu çox sürətlə artacaq. Bunları termal kameralarla izləyirik”.