Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ermənistan parlamentində əlbəyaxa dava olub

Ermənistan parlamentində əlbəyaxa dava olub

Ermənistan parlamentində müxalifət fraksiyasını təmsil edən deputatlarla qanunverici orqanın təhlükəsizlik xidmətinin əməkdaşları arasında əlbəyaxa dava olub.

Ermənistan KİV-i xəbər verir ki, hadisəyə səbəb parlament sədrinin təhlükəsizlik xidmətinə deputat Anna Mkrtçyanı iclas zalından çıxarmaq barədə tapşırığı olub.

Müxalif deputatlar A.Mkrtçyanı əhatəyə alıb və onun zaldan çıxarılmasına imkan verməyiblər. Mübahisəyə iqtidar deputatları da qoşulub, toqquşma yaşanıb. Müxalif parlamentarilər “Nikol, sən satqınsan” qışqırıblar.

İnsidentlə bağlı 20 dəqiqəlik fasilə elan olunub.

// report