Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dostunun 8 yaşlı qızına təcavüz etdi, öldürüldü

Dostunun 8 yaşlı qızına təcavüz etdi, öldürüldü

8 yaşlı qızının zorakılığa məruz qaldığını görən ata cinayət törədib.  

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Rusiyanın Vintai ərazisində baş verib.  

Vyaçeslav M. adlı 34 yaşlı raket fabriki işçisi ən yaxın dostu Oleq Sviridovla içki içərkən dostunun telefonuna baxıb.    Bu zaman azyaşlı qızının zorakılığa məruz qaldığını görən Vyaçeslav M. adlı şəxs heyrətə gəlib.   

Bu vaxt Oleq masadan qalxaraq qaçıb. Vyaçeslav daha sonra polisə şikayət edib. Lakin polis Oleqi tutmamışdan əvvəl Vyaçeslav özü dostunu tapıb və öldürüb. Vyaçeslav polisə ifadəsində Oleqi meşədə öldürdüyünü etiraf edib.    Oleqin telefonunu araşdıran polis həmin şəxsin üç kiçik qıza təcavüz etdiyini aşkar edib.  

Qətlin baş verdiyi Vintai kəndinin sakinləri Vyaçeslava cinayətkar kimi tutulmasının lazım olmadığını bildirərək dəstək mesajları göndəriblər.   

Qeyd edək ki, Rusiya prezidentliyinə keçmiş namizəd və jurnalist Anna Plexanova da sosial şəbəkə hesabı ilə ataya dəstək olub.  Anna yazıb: "Cinayət video görüntülərlə sübuta yetirilsə ata günahkardır? Belə bir videoya baxanda hər ana və ata eyni reaksiyanı verəcək. Uşaqları qorumaq valideynlərin borcudur".