Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yaponiyada yeni virus yayıldı: “YEZO”

Yaponiyada yeni virus yayıldı: “YEZO”

Yaponiyada "Yezo" adlı yeni virusu yayılıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Yaponiya alimləri gənədən insanlara ötürülən və yoluxucu olduğu müəyyən edilən "Yezo” adlı bir virus aşkarlayıblar.

 

Yeni virus qanda laxtalanma və ağ qan hüceyrələrinin azalması və qızdırma ilə özünü göstərən bir xəstəliyə səbəb olur. Yayıldığı gündən etibarən azı 7 nəfər bu infeksiyaya yoluxub.

Onu da qeyd edək ki, "Yezo” virusu, 2019-cu ildə gənə tərəfindən dişlənən 41 yaşlı bir kişinin hərarət və ayaq ağrısı ilə xəstəxanaya yerləşdirilməsindən sonra aşkarlanıb.