Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Donbasda azərbaycanlı snayper gülləsindən həlak olub

Donbasda azərbaycanlı snayper gülləsindən həlak olub

Ukrayna Silahlı Qüvvələrinin 29 yaşlı baş əsgəri əslən azərbaycanlı Əli Naib oğlu Alxaslı noyabrın 27-də Donbasda Novomixaylovka sahəsində düşmən snayperinin açdığı atəş nəticəsində ağır yaralanıb.

Oxu.Az xəbər verir ki, həkimlərin bütün səylərinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb.

Ukraynanın müdafiəsi zamanı həlak olmuş və itkin düşmüş şəxsləsin doğmalarının yaratdığı Ümumukrayna birliyinin rəhbəri Marina Polyakovanın dediyinə görə, Əlinin həyat yoldaşı Ukraynanın Xarkov şəhərində, anası isə Azərbaycanda yaşayır.

 

Əli ordu sıralarına 2018-ci ildə qoşulub. O, cəbhədə 54-cü əlahiddə mexanikləşdirilmiş briqadanın atəş dəstəyi taqımının tank əleyhinə bölüyünün tərkibində öz ikinci vətəni olan Ukraynanı qoruyub.

Orduda da Əli fəal idmançı olub, döyüş sənəti ilə peşəkar səviyyədə məşğul olub və dalbadal qələbələr qazanıb. Həmişə rinqə üzərində Ukrayna dilində “Döyüşçü” yazılmış formada çıxıb.