Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rusiyanı “Kainat gözəli”ndə təmsil edəcək azərbaycanlı - FOTOLAR

Rusiyanı “Kainat gözəli”ndə təmsil edəcək azərbaycanlı - FOTOLAR

“Vitse-miss Rusiya-2019”un qalibi Ralina Ərəbova Rusiyanı “Kainat gözəli-2021” müsabiqəsində təmsil edəcək.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, daha sonra bəlli olub ki, Ərəbova Azərbaycan əsillidir.

Ralina 2000-ci il iyulun 4-də Kazanda anadan olub, musiqi məktəbində fleytada ifa etməyi öyrənib, peşəkar səviyyədə üzgüçülüklə məşğul olub. O, hazırda Rusiya hökuməti yanında Maliyyə Universitetinin Hüquq fakültəsində təhsil alır.  

Ralina çoxmillətli çoxuşaqlı ailədə böyüyüb: anası klininq şirkətində administrator çalışan tatar, atası isə kafe sahibi olan azərbaycanlıdır.

Qız jurnalistlərə müsahibəsində bildirib ki, 8 yaşından müxtəlif gözəllik müsabiqələrində iştirak edib və “Kainat gözəli”nə getməyini yalnız xəyal edə bilərdi.  

2019-cu ildə Ərəbova “Tatarıstanın ən gözəl qızı” seçilib. Respublika təmsilçisi kimi Ümumrusiya müsabiqəsində iştirak edib və ikinci vitse-miss titulunu qazanıb.

Bu, koronavirus pandemiyasından əvvəl keçirilən sonuncu müsabiqə olub. 2020 və 2021-ci illərdə “Miss Rusiya” müsabiqəsi keçirilməyib.

Dekabrın 12-də Eylatda keçiriləcək finaladək Ərəbova müxtəlif tədbir və fotoçəkilişlərdə iştirak edəcək.