Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

82 yaşlı qadın özündən 46 yaş kiçik kişiyə ərə getdi

82 yaşlı qadın özündən 46 yaş kiçik kişiyə ərə getdi

"Facebook" sosial şəbəkəsində tanış olub evlənən 82 yaşlı İris Cons 36 yaşlı Məhəmməd Əhməd İbrahimlə Milad bayramındakı planlarından danışıb.

BAKU.WS xəbər verir ki, 46 yaş fərqinə baxmayaraq əsl sevgini tapdıqlarını dilə gətirən cütlük 1 illik ayrılıqdan sonra aralarındakı həsrətə son qoymaq üçün Milad bayramında bütün günü yataqda olmaq istədiklərini bildirib.

 

Qeyd edək ki, İris Cons Məhəmməd Əhməd İbrahimlə "Facebook"da tanış olub. O, uşaqlarının və ətrafındakı insanların reaksiyasına baxmayaraq evlənib.

 

İbrahim haqqında onu xəbərdar edənlərin əksinə, Cons aralarındakı vəziyyətin sevgi və hörmət olduğunu izah edib. Həyat yoldaşının ondan heç vaxt pul istəmədiyini ifadə edən Cons, "Mən aldadılacaq qadın deyiləm. O, məndən heç vaxt pul istəməyib. Bütün xərcləri bərabər şəkildə qarşıladıq" deyib.