Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı "İnstagram" üstündə türkiyəli gənci öldürdü

Azərbaycanlı "İnstagram" üstündə türkiyəli gənci öldürdü

Türkiyənin İstanbul şəhərində Nəbi.B adlı Azərbaycan vətəndaşı qətl hadisəsi törədib.

Bu barədə İHA məlumat yayıb.

Məlumata görə, İstanbulda bərbər işləyən azərbaycanlı dekabrın 16-da mübahisə zamanı Yasin Semih Demirok adlı şəxsə atəş açaraq onu qətlə yetirib.

Tərəflər arasında mübahisə ölən şəxsin "İnstagram"da sevglisinin adı ilə Azərbaycan vətəndaşına yazması olub. Sevgilisini qısqanan Yasin bir müddət sosial şəbəkədə Nəbi ilə yazışıb və ardınca onu parka çağırıb.

Gənclər arasında mübahisə sonradan əlbəyaxa davaya, ardınca isə Nəbinin atəş açmasına səbəb olub. Polis hadisə yerindən qaçan Azərbaycan vətəndaşının axtarışlarına başlayıb.