Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Türkiyəni Qafqaza birləşdirəcək tunel sabah açılır

Türkiyəni Qafqaza birləşdirəcək tunel sabah açılır

Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni avtomobil tuneli sabah istifadəyə veriləcək.

SHOWNEWS.AZ "Anadolu” agentliyinə istinadən xəbər verir ki, “Pirinkayalar” tunelinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans formatında çıxış edəcək.

2 246 metr uzunluğunda olan yeni tunel Ərzurum vilayətinin Uzundərə rayonu ilə Artvin şəhərini birləşdirəcək.

Xüsusən ağırtonnajlı maşınların hərəkətini asanlaşdıracaq tunel həm təhlükəsiz hərəkəti təmin edəcək, həm də yanacaq və vaxta qənaət imkanı yaradacaq. 

Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qara dənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq.