Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Erməni Azərbaycan əleyhinə film çəkib festivallarda qalib olur – Mədəniyyət Nazirliyi “FİKİR VERMƏYİN” deyir

Erməni Azərbaycan əleyhinə film çəkib festivallarda qalib olur – Mədəniyyət Nazirliyi “FİKİR VERMƏYİN” deyir

Amerikada yaşayan erməni əsilli jurnalist, prodüser və “LGBT” fəalı Vik Gerami  Azərbaycan əleyhinə filmlə bir çox kino festivallarında birinci olub.

Filmin müəllifi qeyd edib ki, “Vətən” adlı filmi 2020-ci ildə Azərbaycan tərəfindən öldürülən 5000-dən çox erməni əsgərinin xatirəsinə həsr olunub. 

Viklə bağlı araşdırma zamanı bizə məlum oldu ki, bir müddət öncə o bəzi dairələrdən pul alaraq özünü ABŞ-da “LGBT” fəalı kimi təqdim edib. O digər istedadlarından məharətlə istifadə edərək film çəkmək adı ilə ABŞ-dakı erməni lobbisinin də cibinə girməyi bacarıb. Və ermənilərə görə səsli-küylü film çəkməyə də nail olub.
Filmdə qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putinin xeyir-duası ilə Azərbaycan və Türkiyə birləşərək tarixi erməni torpağı “Arsaxı” işğal edib. 

Maraqlı olan isə odur ki, Azərbaycanın haqq mübarizəsinə kölgə salmağa çalışan bu film bir çox festivallarında qalibidir. Amma filmə baxsanız orada kinomatoqrafiya adına uğurlu heç nə tapmaq mümkün deyil. Bu sırf siyasi aksiyadır. Əsasən də Qərbdəki bu cür festival təşkilatçıları Putinin acığına bu işə dəstək verir.

Bəs daha hansı səbəbdədən filmin qalib olduğu “Docs Without Borders International Film Festival”, “Best International Documentary”, “Toronto Independent Film Festival”, “Best First Time Feature Filmmaker”, “International Activism Film Festival”  kimi festivallar nə üçün Azərbaycanın  ərazi bütövlüyünün əleyhinə köklənən bu filmi mükafatçılar sırasına daxil ediblər? Onlar olanlar haqqında həqiqəti bilmək istəmirlərmi?

Sualı təbii ki, biz yox Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi lazımi ünvanlara yollamalı və cavab tələb etməli idi.

Mədəniyyət Nazirliyindən isə Bizim.Media-ya bildirilib ki, bu cür məslələrə o qədər də diqqət ayırmağa dəyməz. Vik Geraminin “Vətən” filmi hər hansı nüfuzlu kino festivalında iştirak etməyib və Mədəniyyət Nazirliyi bu festivalları əhəmiyyətli hesab etmədiyi üçün onlara etiraz göndərməyib:

“Onun iştirak etdiyi festivallar əslində özfəaliyyət səviyyəli, heç bir kateqoriyası olmayan və nüfuzlu kino təşkilatları tərəfindən tanınmayan tədbirlərdir”.