ABŞ-ın “The New York Times” qəzetində Metyu Mpok Biqqanın “Ermənistan və Azərbaycan arasında münaqişəni anlamağa cəhd edərkən” sərlövhəli məqaləsi dərc olunub.
Bizim.Media xəbər verir ki, məqalədə münaqişənin ötən həftə baş verən növbəti gərginləşməsindən bəhs edilir.
Müəllif məqalənin əvvəlində ABŞ-ın gərginliyin nizamlanması istiqamətində diplomatik səylərindən, xüsusən Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə XİN başçıları arasında birbaşa danışıqların təşkili məqsədi daşıyan görüşlərindən yazır.
Görüş ötən həftə iki ölkə arasında ümumilikdə yüzlərlə hərbi qulluqçunun həlak olduğu hərbi əməliyyatlardan sonra baş tutub. Gərginlik səngiyib, lakin yüksək səviyyədə keçirilən görüş qarşıdurmanını səbəblərinin aradan qaldırılmadığını əks etdirir.
Məqalədə qeyd olunur ki, Rusiya Ermənistanın çoxdankı himayədarıdır, NATO-nun üzvü olan Türkiyə isə 2020-ci il müharibəsində Azərbaycanı dəstəkləyən əsas müttəfiqidir.
Lakin amerikalı diplomatlar vasitəçi neytrallığını qorumağa cəhd göstərsələr də, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi öz dəstəyini göstərmək və “bu yaxınlardakı zorakılığın azərbaycanlılar tərəfindən törədildiyini” bəyan etməkdən ötrü ötən həftəsonu Ermənistana səfər edərək, vəziyyətə “qarışdı”.
Müəllif vurğulayır ki, bu səfər cari ilin noyabrında keçiriləcək aralıq seçkilərindən əvvəl Pelosinin siyasi gedişi kimi qəbul olundu. Onu Konqresin erməni mənşəli iki üzvü müşayiət edirdi.
Məqalədə daha sonra deyilir ki, “münaqişə” onilliklər boyu mübahisəli olan region ətrafında cəmlənib. “Qarabağın dağlıq vilayəti” Ermənistan və Azərbaycan arasında uzun müddətdir müzakirə mərkəzindədir.
Beynəlxalq səviyyədə Azərbaycanın etnik erməni əhalisinin üstünlük təşkil etdiyi bir hissəsi kimi tanınan bu region sovet dövrünün sonunda müstəqilliyini elan edib. Ermənistan və Azərbaycan arasında baş verən çoxillik müharibə nəticəsində on minlərlə insan həlak olub və yüz minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
1994-cü ildə atəşkəs barədə sazişdən sonra Azərbaycanın hüquqi hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın nəzarəti altına keçib. 2020-ci ildə Azərbaycan Türkiyənin güclü dəstəyi ilə və zərbə dronlarından istifadə etməklə Qarabağın böyük hissəsini və ona bitişik rayonları geri alıb.
Metyu Mpok Biqqa qeyd edir ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs nəticəsində ərazilərin böyük hissəsi Azərbaycanda qaldı, erməni qoşunları geri çəkildi və oraya yaxşı silahlanmış Rusiya sülhməramıları daxil oldu.
Müəllif analitiklərə istinadla vurğulayır ki, indi Azərbaycan Ermənistanın “Dağlıq Qarabağ” üzərində Azərbaycanın suverenliyini tanımasını və digər güzəştlərə getməsini israr edir.
Müəllif yazır ki, lakin münaqişənin son gərginləşməsi başqa yerdə baş verdi. Hər tərəf bu hərbi əməliyyatların necə başlanmasını özünə görə interpretasiya edir. Ermənistan bəyan edib ki, Azərbaycan “hücum edib” və 105 erməni hərbi qulluqçusu öldürülüb, 6 mülki vətəndaş isə yaralanıb.
Azərbaycan isə bildirib ki, onun hərbi əməliyyatları Ermənistan tərəfindən olan təxribata “cavab tədbirləridir”. Münaqişənin özəyinin hələ də “Dağlıq Qarabağ” olmasına baxmayaraq, bu dəfə döyüş əməliyyatları bilavasitə iki ölkə arasında delimitasiya olunmamış sərhəddə baş verdi.
Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, sentyabrın 12-də iki ölkə arasında olan sərhəd boyunca artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla ağır döyüşlər qeydə alınıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi “ehtimal edilən sərhəddə” baş verən “insident” barədə danışıb, Ermənistan isə bəyan edib ki, Azərbaycan Ermənistan ərazisindəki üç şəhərə hücum edib.
Müəllif hesab edir ki, Azərbaycan öz tələblərində israrlıdır, Ermənistan isə görünür, vaxt uzadır. Ermənistanın baş naziri Nikol Paşinyan sazişi imzalamaq niyyətində olduğunu bildirmişdi, lakin onun daxili opponentləri razılaşmanı pisləyərək, onu “satqınlıq” adlandırdılar. Paşinyan artıq bir dəfə, 2020-ci ildə atəşkəsdən sonra kütləvi qəzəblə rastlaşmışdı.
Azərbaycanın üç tələbi var: Ermənistanın Qarabağa olan iddialarından imtina etməsi, dövlətlərarası sərhədlərin onun şərtləri çərçivəsində demarkasiyası və Naxçıvan anklavına, Azərbaycanı həmçinin Türkiyə ilə birləşdirəcək hələ tikilməmiş avtomobil və dəmir yolu dəhlizinin təhlükəsizliyinə nəzarət.
Bu, Rusiya və Türkiyə üçün incə vəziyyətdir. Bu müzakirədə Rusiyanın iki rolu var: neytral vasitəçi və eyni zamanda, Ermənistanın təhlükəsizliyinin qarantı. Birinci rolu ona ikinci rolu ilə bağlı ittihamlardan yayınmağa imkanı verib.
Əgər vəziyyət kəskinləşərsə, o halda ikili rolunu qoruyub saxlamaq Moskva üçün çətin olacaq. Karnegi Fondunun baş elmi işçisi Stronski xatırladır ki, 2020-ci ildə tərəfləri ayıran xəti Azərbaycanın ərazisindən keçib. İndi “erməni və azərbaycanlı hərbçilər hələ də demarkasiya olunmayan dövlət sərhədində praktik olaraq üz-üzə dayanıblar.
Dünya gücləri sülhə səsləyirlər. Lakin onlara həm də təbii qaz lazımdır. ABŞ-ın dövlət katibi Entoni Blinken bu həftə hər iki tərəfi danışıqlara qayıtmağa və bundan sonrakı hərbi əməliyyatlardan imtina etməyə çağırıb.
Vaşinqton Cənubi Qafqaza və keçmiş sovet imperiyasının digər dövlətlərinə təsir göstərməyə çoxdan cəhd göstərir.
Eyni zamanda Avropa İttifaqı sülh sazişinin bağlanması üzrə səylərini davam etdirir. Ermənistan və Azərbaycan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə danışıqlar raundu aparıblar.
Bununla yanaşı, Avropanın vəziyyəti onunla mürəkkəbləşib ki, o, Ukraynada müharibə səbəbindən Rusiya idxalı itkisini kompensasiya etməkdən ötrü indi əlavə təbii qaz tədarükü axtarır. İyulun ortalarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyev ilə saziş imzalamaq üçün Azərbaycanda səfərdə olub.
Metyu Mpok Biqqa məqaləsini bu sözlərlə bitirir ki, Lyayen səfər zamanı Azərbaycan “etibarlı, etimada layiq tərəfdaş” olduğunu bəyan edib.
Bizim.Media
“The New York Times” Ermənistanla Azərbaycan arasındakı gərginlikdən yazdı
-
13:28Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
-
12:38“Nə yaxşı kı, dünyaya gəlmişəm“ - DOĞUM GÜNÜDÜR
-
12:35Android 15-lə gələcək yeni xüsusiyyət ELAN EDİLDİ
-
12:02Yalvarmaqdan yorulmuşam" - Brilliant Dadaşovadan oğluna FOTOLAR
-
01:37TikTok instaqramla rəqabətə hazırlaşır
-
01:32“Ermənistan Qarabağ uğrunda müharibə aparmaq fikrində deyil”
-
20:49Şəbnəm Qəhrəmanovanın prodüseri vəfat etdi
-
18:13“Ölümündən əvvəl zəng gəlib, telefon əlindən düşüb” - ŞOK FAKT AÇIQLANDI
-
17:57Azərbaycanlı bankir Vyanada vəfat etdi
-
16:36Var-dövlətini atıb "Milyonçu olmaq çox sadədir" deyərək sıfırdan başladı, xəstəlik tapdı
-
13:17Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
-
12:08Aparıcı ilə xanəndə arasında qalmaqal
-
12:02Nagehanın itini evindəki köməkçi oğurlayıb - FOTOLAR
-
11:20"Babamın haqsızlığa ürəyi dözmədi" - FOTOLAR
-
10:07Bu gün qızının toyudur - Mediaya qapalı olacaq
-
22:55“İşte benim stilim”in iştirakçısı evində ölü tapıldı - ŞÜBHƏLİ SEVGİLİSİDİR
-
18:59"Heç biri Cavanşir Məmmədovla vidalaşmağa gəlmədi" - Tolikdən tənqid
-
18:57Telefonu yastığa yaxın qoymaq görün hansı nəticələrə gətirib çıxarır
-
17:48“Mədəniyyət nazirliyi məni qapıdan içəri buraxmır”
-
12:12Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq - ŞAD XƏBƏR
-
12:11Azərbaycanda hotellər BAHALAŞIB - QİYMƏTLƏR
-
12:05Addım - addım sülhə doğru - Proses Qazaxdan başlandı
-
11:59"Cavanşir Məmmədov o qadını Allaha həvalə etdi"
-
22:10Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
-
20:24Rusiyada azərbaycanlı iş adamı öldürüldü
-
16:55Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu - VİDEO
-
15:25Halı pisləşən Zülfiyyə Bayramova xəstəxanaya yerləşdirilib - VİDEO
-
14:04"Açıq-saçıq geyinməyi sevmirəm" - Xoşqədəm Hidayətqızı
-
13:15Cavanşir Məmmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama
-
13:00Cavanşir Məmmədov vəfat etdi
-
12:524 kəndin Azərbaycana qaytarılmasından sonra Paşinyandan ilk açıqlama
-
11:11“Mənə belə suallar verməyin” - Xatirə İslam
-
11:07Əməkdar artist 48 yaşında dünyasını dəyişdi
-
23:20Toyu bu xəbərlə açdı
-
23:17Lalə Azərtaşın veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
-
19:49Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
18:47İlham Əliyev 4 kəndi də qaytardı - RƏSMİ
-
18:14Çindən Azərbaycana uçan sərnişinlər 1 suktadır aeroportda qalıb
-
14:01Bakıda gənclər hamamda necə ölüb? QONŞULAR NƏLƏR DEDİ?
-
12:11“Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb” - Rusiya KİV
-
12:09"Meyxananı böyük səhnəyə atam gətirib"
-
11:59“Dedi ki, bu qızı Zeynəb Xanlarova edəcəksən?”
-
23:21“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var” - ŞOK AÇIQLAMA
-
22:41Emildən danışıb göz yaşını saxlaya bilmədi… - VİDEO
-
21:09May ayında pul içində üzəcək 3 bürc
-
17:56Azyaşlı qızları fahişəliyə cəlb edən qadın hakim qarşısında
-
17:02"Bəxtlərini gözəlləşdirə bilməyən qadınlar, özlərini gözəlləşdirər"
-
15:57Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
-
14:46Hamamda qızla oğlanın meyiti tapıldı - BAKIDA DƏHŞƏT
-
14:36Rəqsanə İsmayılovanın əmlaklarına niyə həbs qoyulub?
-
13:59Bakıda evdən gənc qızla oğlanın meyiti tapıldı
-
12:23"Səhhətində ciddi problemlər yaranıb"
-
23:26Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın fotoları
-
21:08Yaxın 2 həftədə çoxlu pul qazanacaq 3 BÜRC
-
20:50İş adamı Manaf Ağayevə ev hədiyyə edib?
-
20:09Elton Hüseynəliyev evində 6 it saxlayırmış - FOTOLAR
-
17:5013 yaşlı qız könüllü intim əlaqəyə girdi, valideyni şikayətçi olmadı…
-
11:59Aytən Səfərovanın qabırğaları qırılıb - Həyat yoldaşı açıqladı
-
10:08Aytən Səfərova ağır qəza keçirdi - Ölən var
-
09:14Hadı Rəcəbli vəfat etdi
-
23:10Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi
-
21:07“Tez-bazar bir qızla evlən qoy desinlər kişidir” məntiqilə yaşayaq? - TƏNQİDLƏRƏ CAVAB
-
20:06Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi FOTOLAR
-
18:54DİN-dən kiberdələduzlarla bağlı - Xəbərdarlıq
-
18:02Namiq Məna oğlunun səhhətindən danışdı
-
16:53Tiktoker Semka da 30 sutka müddətinə həbs edildi
-
15:40“8 martda Aygün Kazımovaya gül göndərdim” - Röya Ayxan
-
12:51Lətifə Soyuözdən illər sonra yenilik
-
12:10Nura Surinin 4400 manatlıq bahalı tərzi - FOTOLAR
-
11:03Nəzrinin xınasından görüntülər - FOTOLAR
-
22:09Doğma qızına intim videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət
-
21:12Tünzalə Ağayeva “Beynəlxalq mədəniyyət günü”ndə iştirak edib - FOTOLAR
-
19:22Boşanmaq istəyənlər 15 dollar rüsum ödəyəcək - QANUNDA DƏYİŞİKLİK
-
15:28Adəmin atasına 30 sutka həbs verildi
-
13:31Azərbaycanda evlənənlər azalıb, boşananlar artıb
-
12:49“Bilirsiniz, meydanı kimlərə vermisiniz?!” - Nazənin
-
12:48Çingiz Abdullayevin zəhərlənməsi ilə bağlı - Rəsmi açıqlama
-
10:06"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm
-
09:13Tanınmış xəbər aparıcısı Amerikada həmcinsi ilə evləndi
-
00:01Nuri Suridən doğum günündə sevənlərinə sürpriz - VİDEO
-
21:56Tünzalə Ağayevadan qızı ilə bağlı paylaşım “Dünya səndən ibarətdir!” - FOTOLAR
-
17:57Məktəbin həyətində cərəyan şagirdləri vurub öldürdü - AZƏRBAYCANDA
-
13:52Türkan Vəlizadə səs-küy yaradan estetik əməliyyatını şərh etdi
-
11:41Murad Dadaşovun oğlu nişanlandı!
-
03:43İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi
-
22:05Süni intellektin əvəz edə bilməyəcəyi 3 PEŞƏ - Bill Qeyts açıqladı
-
14:03Bu tarixlərdə vacib işlərə BAŞLAMAYIN! - XƏBƏRDARLIQ
-
13:47"Anam məni satmışdı, ortada böyük məbləğ var idi" - Nizami Rəmzinin qızı
-
12:21Aprelin 15-dən sonra bu 3 bürcün həyatı dəyişəcək - Şans, pul, sevgi…
-
12:19Rusiyada azərbaycanlı kişi qısqanclıqdan arvadını öldürdü
-
10:58Mədrəsədə axund kimi çalışan şəxs 100-dən artıq narkotiklə tutuldu
-
10:27Reanimasiyaya yerləşdirilən Çingiz Abdullayevdən yeni xəbər
-
16:03Röyadan yeni mahnı və yeni fotosessiya - FOTOLAR
-
13:42Serenayın dərin sinə dekoltesi müzakirə yaratdı - FOTOLAR
-
11:55"Səninlə gözəl anlar yaşayacağıq, hər şeyə hazıram"
-
18:39Bu bürclər ən pis xarakterə malikdir
-
17:40Tünzalə Ağayeva canlı efirdə kövrəldi
-
14:05“Zooparka gedib, iki saat heyvanlarla dərdləşdim”
-
13:25Müştəri kababçını öldürdü - BAKIDA
-
12:30“Nikosayağı”nın qəza törətdiyi avtomobil 20 min dollara satılır
Günün çox oxunanları
Həftənin çox oxunanları