Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Murad bu kanalda xəbər aparıcılığına başladı

Murad bu kanalda xəbər aparıcılığına başladı

Aparıcı Murad Əzimzadə xəbər aparıcılığına başlayıb.

O, çalışdığı “Space” kanalında xəbərlərin əsas buraxlışı ilə izləyici qarşısına çıxıb. Əzimzadə bu barədə feysbuk hesabında yazıb.

“Qismətdə “Space Xəbər”in əsas buraxılışının aparıcısı olmaq da var imiş. Xəbər formatı mənim ölçümə biçilibmi, ya yox, bunu bilmirəm, ən doğrusunu siz deyə bilərsiniz, amma bir vacib məqamın fərqindəyəm ki, televiziyanın canı, özü və özülü xəbərdir. Özünə peşəkar deyən hər bir televiziya aparıcısı mütləq xəbərdən keçməlidir. Etimad üçün “Space” TV rəhbərliyinə, departamanet rəhbərimiz, dostum-qardaşım Elman Bakuviyə təşəkkür edirəm”, - deyə, o, bildirib.