Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Guseynoff” Gəncədə Şəbnəm, Vəfa və Mürsəlin konsertini edəcək

“Guseynoff” Gəncədə Şəbnəm, Vəfa və Mürsəlin konsertini edəcək

“Guseynoff” şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində silsilə konsertlər keçiriləcək. 

Bununla bağlı mətbuat konfransı keçirilib. Şirkətin rəhbəri Emin Hüseynov bildirib ki, üç məşhurla konsertə ciddi hazırlıqlar gedir. O, ilk tədbirin müğənni Vəfa Şərifovaya aid olduğunu əlavə edib:

“İlk konsert mayın 9-da olacaq. Vəfa Şərifova Gəncə Dövlət Filarmoniyasında səhnəyə çıxacaq. Gecəyə xüsusi hazırlıqlar gedir. Vəfa Şərifova da xüsusi proqramla çıxış edəcək. Artıq onun konsertinə biletlər satılıb. Mürsəl Səfərov dostumdur, onun üçün də gözəl konsert təşkil edəcəyik. Hətta deyim ki, ən çox bilet onun konsertinə satılıb. Mayın 19-na olan tədbirə 700-dən çox bilet artıq satılıb".

M.Səfərov əlavə edib ki, konsertə xüsusi hazırlaşır və ən hit mahnılarını sevənlərinə təqdim edəcək. 

Təşkilatçı ikinci konsertin daha maştablı olacağını bildirib. 

Müğənni Şəbnəm Tovuzlu həmin konsertin özünə aid olduğunu söyləyib:

“Mayın 27-də Heydər Əliyev Parkında, açıq havada nəzərdə tutulub. 7 minə qədər izləyici nəzərdə tutulub. Burada 4 min insan oturaq, qalanı isə ayaqüstə konserti izləyə biləcək. Biletə elə qiymət qoyduq ki, hər kəs ala bilsin: 10 manat. Bir evdən 3 nəfər gəlmək istəsə, imkanı çatsın. Tədbirdə mənim musiqili qonağım Mürsəl Səfərov olacaq. Səhnə dekoru ilə bağlı istəklərim var. Bu, mənim haqqımdır. Demişəm ki, işıqlar yüksək səviyyədə olsun. Geyimlərim də xüsusi hazırlanır. Bir az cəsarətli paltarlar olacaq. Tədbirdə canlı orkestrla çıxış edəcəyəm”. 

E.Hüseynov əlavə edib ki, konsertlər növbəti aylarda da davam etdiriləcək. Yerli müğənnilərlə yanaşı, türkiyəli sənətçilərin də konserti nəzərdə tutulub.

Biletləri əldə etmək üçün 055 373 73 53nömrəsi ilə əlaqə saxlayın.