Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Kişilər niyə xəyanət edir? - BU DA SƏBƏBLƏR

Kişilər niyə xəyanət edir? - BU DA SƏBƏBLƏR

Kişilər niyə xəyanət edir? Statistikaya görə, kişilər qadınlardan daha çox aldadırlar. Kişilərin aldatmasının bir çox səbəbi var və hamısı da həyat yoldaşından narazı olmağı ilə əlaqələndirilmir.

SHOWNEWS.AZ kişi xəyanətində ən çox görülən səbəbləri təqdim edir:  

Cinsi ehtiyacın artması.

Bu, qısa müddətli bir münasibətdir və bir qayda olaraq kişi tanımadığı qadınlarla qısamüddətli münasibət yaşayır.

Müxtəlifliyə can atmaq.

Kişi ailə həyatında sükunət və cansıxıcılığın başladığı bir zamanda yeni təəssüratlar və hisslər axtarışına çıxır.

Təsadüfi hallar.

Yüngül alkoqollu vəziyyət cinsi istəyi artırır. Bəzi kişilər aldatmağın əsas səbəbinin içki olduğuna inanırlar.

Özünü təsdiqləmək.

Karyerasında istədiyi yerə çatmayan kişi özünü gücsüz hesab edir. Beləliklə, peşə uğursuzluğunu kompensasiya etməyə çalışır. Psixoloqların araşdırmaları karyerasında uğurlu olan kişinin xəyanətə daha az meyilli olduğunu ortaya çıxarıb.

İntiqam.

Bəzi kişilər arvadından xəyanət və ya alçaldılmasına görə intiqam almaq və ya azadlığını təsdiqləmək üçün xəyanət edir.

Səyahət münasibətləri.

Güclü cins səyahətə və ya ezamiyyətə gedərkən, həyat yoldaşından ayrı qaldıqda ona əvəz axtarır. Beləliklə, başqa qadınla müvəqqəti münasibət qurur.

Uğur üçün bonus.

Bəzi kişilər isə illərlə davam edən zəhmətdən sonra nəhayət ciddi bir uğur qazandıqda özünü bir məşuqə ilə mükafatlandırmağa qərar verir. Bəzən bu uzunmüddətli münasibət olur.

Bizim.Media