Masturbasiya edən kişi son anda ölümdən dönüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, masturbasiya çoxları üçün özündən razılıq tapmağın və stressdən qurtulmağın ən asan yoludur, lakin ekspertlər xəbərdarlıq ediblər ki, asılılıq yaradan masturbasiya ciddi psixoloji problemlərə, eləcə də ölümcül xəstəliklərə səbəb ola bilər.
Yaponiyada 51 yaşlı subay kişi masturbasiya zamanı insult keçirib.
Şiddətli başağrısı şikayəti ilə xəstəxanaya müraciət edən şəxsin yoxlanılması zamanı onun masturbasiya zamanı təzyiqinin qəfil artması nəticəsində yaranan subaraknoid qanaxma olduğu üzə çıxıb. Müdaxilədən sonra kişi xilas edilib.
Masturbasiya asılılığının psixoloji cəhətdən partnyorunu razı sala bilməmək, sosial əlaqələrin kəsilməsi, panik atak, gündəlik fəaliyyətlərin pozulması kimi ən pis zərərlərindən birinin olduğunu ifadə edən mütəxəssislər, asılılığın ciddi ölümcül xəstəliklərə də yol aça biləcəyini bildiriblər.