Yalançı bürclər vəziyyəti xilas etməyə çalışan insanlar kimi tanınır.
Anı yaşamağa meylli olan belə şəxslər yalan danışmaqdan çəkinmirlər. Çətin vəziyyətə düşdükləri zaman ilk olaraq yalandan yapışırlar və öz dediklərinə özləri də inanırlar.
Bəs hansı bürclər anadangəlmə yalançılar kimi tanınır?
AZXEBER.COM aparılan araşdırmalara əsaslanaraq sözügedən sıralamanı təqdim edir:
Əkizlər
Boş vədlər verməyi sevən əkizlər bir az yalançıdır. İnsanlar onların sözlərini çox ciddi qəbul etməməlidirlər. Ağıllarına gələn kimi danışırlar. Əkizlər bürcündən biri ilə iş görəcəksinizsə, iki dəfə düşünməlisiniz. Heç gözləmədiyiniz anda yarı yolda qoya bilərlər. Yalan danışmaqda usta olan əkizlər sizi həqiqətən çətin vəziyyətə salar.
Dolça
Emosional dolçaların bir sözü digəri ilə üst-üstə düşmür. Bu, onları avtomatik olaraq yalançı edir. Dolçaların fikirlərində balans və ardıcıllıq yoxdur. Bu bürcün nümayəndəsi ilə münasibətdəsinizsə, həyatınız həqiqətən çətin olacaq. Təsadüfən yalan danışan dolçalar sizi az qala həyatdan soyudalar.
Balıqlar
Sözlərinə etibar etməməli olduğunuz balıqlarla yaşamaq çətindir. Balıqlar üçün dünya sadəcə onların ətrafında fırlanır. İşin əsli heç vaxt onların danışdığı kimi olmur. Balıqlar emosional bürc kimi tanınsa da, hissləri yalnız özləri üçün ön plandadır. Çox vaxt başqasının nə hiss etdiyinə əhəmiyyət vermirlər.
Əqrəb
Yalan mövzusunda əqrəblərə də diqqət yetirilməlidir. Bu zodyak nümayəndələrinin də çox yalançı olduqları bilinir. Əqrəblər əsasən insanları hiddətləndirməyi yaxşı bacarırlar.