Yalan danışmaq və ya yalanla qarşılaşmaq insanlarla münasibət qurmada güvəninizin qırılmasına səbəb olur.
Yalan danışan insanlar bunu artıq vərdiş halına gətirib. Onlar həyatlarındakı bütün reallıqları sirr kimi saxlayırlar.
AZXEBER.COM həmin bürcləri təqdim edir:
Dolça - Ümumilikdə gələcəyə aid yalanlar deyirlər. Təxmin yürüdəndə və ya plan quranda danışdıqları yalan qüsursuzdur. Onların yalan danışdıqlarını anlamaq qeyri-mümkündür. Sizi dərhal aldada bilər.
Ətraflı
Əkizlər - Bu insanlar həyatlarındakı gerçəklikləri gizləyirlər. Ən çox yalan danışan bürclərdəndir. Yalan danışdıqlarını anlamaq mümkün deyil. Lakin onların bu xüsusiyyəti sosial və dostcanlı olmalarını dəyişmir. Şirin söhbətləri ilə bütün yalanlarının üstünü örtürlər. Beləcə heç kim onların yalan danışdığına şübhə etmir.
Xərçəng - Çox duyğusal və həssas bürcdür. Qırılmaq və üzülməkdən çox qorxurlar. Buna görə də, həyatları ilə əlaqədar yalan danışmağı üstün tuturlar. Ətrafındakı insanlardan gerçəkləri gizli saxlayırlar. Eyni zamanda, qəlb qırmamaq üçün də yalan danışa bilərlər. Bəzən gerçəkləri gizlətməyin daha yaxşı olduğunu düşünürlər.
Əqrəb - Ən sirli bürc olaraq tanınır. Yalan danışmaqda da özlərini inkişaf etdiriblər. Yalan danışmaqda o qədər ustadırlar ki, qurğu yoxsa gerçək olduğunu anlamağınız çox vaxtınızı ala bilər. Buna baxmayaraq, çox yalan danışmağı sevmirlər. Lakin həyatları ilə bağlı məlumatı başqalarının bilməsini istəməsə, yalan danışar. Onlar dedikləri yalana özlərini də inandırır. Ona görə də, yalan danışdığını anlamaq mümkün olmur.
Tərəzi - Ən ədalətli bürclər arasında yer alır. Onların bu xüsusiyyəti səbəbilə çox dürüst olduqları düşünülür. Lakin Tərəzi bürcləri də tez-tez yalan danışa bilərlər. Bu mövzuda yetərincə bacarıqlı olan tərəzilərin yalan danışdığını yaxalamaq çox çətindir. Xüsusilə, xoşladığı insanı cəlb etmək üçün yalan danışırlar. Həm simpatik, həm də gülən gözləri ilə yalan danışdıqlarını sizdən rahatlıqla gizlədə bilirlər.