İnsanların çoxu öz bürclərinin xüsusiyyətlərini oxuyarkən onlara uyğun gələn bürclər haqqında maraqlanır.
Lakin digər maraqlı məqam isə hansı bürclə heç vaxt anlaşa bilməyəcəyinizi düşünməyinizlə bağlıdır.
Bir-biri ilə yola getməyən, xüsusiyyətləri ziddiyət təşkil edən bürcləri təqdim edir:
Qoç bürcü - Qoç bürcü insanları özünə güvənən insanlardır və özlərini birinci yerə qoymağı xoşlayırlar. Ancaq bu xüsusiyyətlər Şir, Əqrəb və Dolça bürcü ilə anlaşmanı çətinləşdirir.
Buğa bürcü- Buğa kişisinin hədəfləri sabitdir və heç vaxt dəyişmir. Bu səbəbdən Xərçəng, Oğlaq, Tərəzi kimi müxtəlif bürclərə malik insanlarla anlaşmaq daha çətindir.
Reklamınızı SmartBee ilə effektiv edin.
Əkizlər - dəyişkən, maraqlı, qərarsız bürcdür. Buna görə də, Oxatan, Qız və Balıqlar birbaşa Əkizlərlə ziddiyət təşkil edir.
Xərçəng bürcü - Xərçəngin əks əlaməti Oğlaqdadır. O, Oğlaq kişisi ilə demək olar ki, heç vaxt anlaşmır. Çünki Xərçəngin emosional təbiəti var; Oğlaq bürcünün realist təbiəti ilə bu bürc uyğunlaşa bilməz.
Şir bürcü - Şir bürcünün əksi Buğa, Əqrəb və Dolçadır. Bu bürclər Şir bürcü adamlarını özündənrazı hesab edir.
Qız bürcü - Qız bürcünün həddindən artıq vasvası xasiyyəti və hər bir hərəkətini əvvəlcədən hesablaması cəld hərəkət etməyi sevən Oxatan, Qoç və Şir bürcü ilə bir araya sığmır.
Tərəzi bürcü - Qoç, Xərçəng və Oğlaq bürcü üçün Tərəzilər çətin bir şəxsiyyətə sahibdirlər.
Əqrəb bürcü- Bu bürcün insanlarının həddindən artıq özlərinə istiqamətli hərəkətləri zamanla Şir, Dolça və Buğa bürclərini yorur və onlar Əqrəb bürcünə dözülməz bir insan kimi baxırlar.
Oxatan bürcü - Həvəsli və diqqətsiz Oxatan kişisinin əks bürcləri Əkizlər, Qız və Balıqlardır. Bu bürclər Oxatan insanlarını şıltaq və həddindən artıq optimist hesab edirlər.
Oğlaq bürcü - Onun əks əlamətləri Xərçəng, Tərəzi və Qoçda cəmlənib. Oğlaqların həddindən artıq səbri və nizamlılığı əks əlamətlərinə görə darıxdırıcı görünür.
Dolça bürcü - Dolçalar torpaq qrupuna daxil olan Buğa, Qız və Oğlaq ilə çətinliklə anlaşa bilirlər.
Balıq bürcü - Bu bürclər Balıq bürcündən xaric bürclərlə anlaşa bilmirlər. Xüsusilə Əkizlər, Qız və Oxatanlar Balıq kişisi üçün anlaşılmaz olaraq qalır. (publika)