Bir çox insan qoroskop ilə hesablaşır və atdığı hər addımda ulduz falına nəzər yetirir.
Ulduz falı əsasən gənc insanların maraq dairəsinə aid olur. Amma ulduz falı ilə digər yaş qrupunda olan insanlar da az maraqlanmır. Hər kəs doğularkən onun anadan olduğu günə uyğun bürclər dayanır. Qoroskopa görə, insan xüsusiyyətləri də məhz həmin bürclərə uyğun formalaşır.
Qoroskopa görə, 3 bürc sahibi həm dostluqda, həm sevgidə, həm də ailədə çox sadiq olurlar. Sadiq olan bürclər bunlardır: Tərəzi, Balıq və Əqrəb.
Tərəzi bürcündən olan insanlar sevgidə bəxti gətirir və həmişə sadiq olurlar. Onlar xəyanətə və yalana nifrət edərlər. Aldadıldıqda qəzəblənərlər və xəyanəti bağışlamazlar.
Balıqlar işdə və dostluqda uğurlu olurlar. DOstlarına qarşı həmişə diqqətcil və dürüstdürlər. Dostluq etdikləri insanları həmişə müdafiə edərlər. Dostluqları möhkəm və daimi olur.
Əqrəblər həm dostluqda, həm sevgidə, həm də ailədə sadiq və dürüst olurlar. Sevgililərini heç vaxt aldatmazlar. Xəyanəti və yalanı da sevməzlər. Xəyanəti heç vaxt bağışlamazlar. Ailəyə bağlı olurlar. Dostluqları da möhkəm və davamlı olur.