İnsanların bir çox xüsusiyyətlərinə birbaşa təsir edən bürcləri onların evlilik haqqında nə düşündüklərini də üzə çıxara bilir.
Mütəxəssislərin fikrincə hər bürcün evlilik haqqında düçüncəsi, ailə qurmaqda gözləntisi eyni deyil. Bəziləri evliliyə maddi dəstək gözü ilə baxır.
BAKU.WS ömrü boyu zəngin ər və ya arvad axtarışında olan bürcləri sizə təqdim edir:
Xərçəng
Ömrü boyu evlilik arzusunda olan xərçənglər bürclərin ən coşqulu nümayəndəsi kimi tanınırlar. Onlar maddi vəziyyəti yaxşı olan biri ilə ailə qurmağa can atan bürclər siyahısında ilk üçlüyə girməyi bacarırlar. Ev münasibətləri və ailələri ilə qurduqları sıx bağlar nəticəsində hər zaman öz evlərini qurmaq istəyən Xərçəng insanları bu vəzifəni yerinə yetirmək üçün dünyaya gəlmiş kimi davranırlar.
Xərçəng qadınlarının ana, kişilərinin isə atalıq rəftarları ilə doğulduğu düşünülsə də, yaxşı həyat yoldaşı və yaxşı valideyn olmağın heç bir problemi yoxdur. Onlar həm də kor-koranə evlənmək istəməzlər. Belə ki, xərçənglər hər zaman həyat yoldaşlarının varlı olmağını istəyir, kriteriyalarını da buna görə müəyyən edirlər.
Balıq
Siyahının 2-ci pilləsində qərarlaşan bürc isə evlənmək istəsə də həmişə evlilikdən qorxur! Bürclərin ən emosional nümayəndələrindən biri olan balıqlar hər münasibətdə yoldaşının yanında sonsuza qədər olmağı arzulayırlar.
Xəyal dünyasında hər bir əlaqənin xoşbəxt sona çatdığını düşünən balıqlar, münasibətlərində problem yaratmadan bütün varlıqlarını partnyoruna həsr etmək üçün əllərindən gələni edərlər. Ancaq balıqlar bu qərarı asanlıqla qəbul edə bilmirlər ki, həyatlarının bir çox nöqtəsində güvən problemi yaşayırlar. Bundan əlavə onlar da partnyorlarının kasıb olmasını qəbul edə bilmirlər.
Buğa
Siyahıda birinci yeri tutan və evinə düşkünlüyü ilə bilinən buğalar, həyatı da sevdikləri üçün çox vaxt evlilikdən qaçan bir bürc olaraq tanınırlar. Lakin astroloqların fikrincə, bu, sadəcə bir yanlışlıqdır! Çünki Buğa bürcləri ömür boyu evlənəcəkləri günü xəyal edirlər.
Buğa bürcünü xərçəng və balıqlardan fərqləndirən ən əhəmiyyətli xüsusiyyət onun hər münasibətdə bu evliliyi istəməməsidir. Çünki Buğa bürcləri həyat yoldaşlarından həyat standartlarını qoruyub saxlamalarını gözləyirlər. Ona görə də bu məsələdə çox seçicidir.