İdeal həyat yoldaşını tapmaq, münasibət necə qurmaq olar? Bir çox insan gündəlik həyatda bu sualları verir. Astrologiyada da elə bürclər var ki, onlar eşq, sevgi, ailə münasibətləri üçün doğulublar.
BAKU.WS sözügedən bürcləri təqdim edir:
Əqrəb
Əqrəb bürcünün nümayəndələri həm kişilər, həm də qadınlar emosionaldırlar. Onlar asanlıqla yeni eşq tapır və qarşı tərəfin qəlbini fəth edirlər. Əqrəblər olduqca romantikdirlər və bu xüsusiyyətlə başqalarının diqqətini cəlb edirlər. Lakin ehtirasları yüksək olduğundan sabit münasibət saxlamaq onlar üçün çətindir. Bu bürc altında doğulanlar qısqanc olurlar. Onların tələbkarlığı çox vaxt münasibətlərin pozulmasına səbəb olur. Buna görə də Əqrəblər sevgidə ən şanslıları siyahısında zirvəni deyil, dördüncü yeri tuturlar.
Oğlaq
Oğlaq bürcü kişiləri dözümlüdürlər, çətin anlarda həmişə əl uzadacaq insanlardır. Həyat yoldaşı olaraq onlar qayğıkeş və ailəcanlıdırlar. Bu bürcün nümayəndələri çox çalışqan, məsuliyyətli və ciddidirlər, sevgidə uğur qazanmaqda şanslıdırlar. Ancaq eyni şeyi Oğlaq qadınları üçün demək olmaz. Oğlaq bürcü xanımları demək olar ki, ilk görüşdə, gələcəklə bağlı fikirlərini qarşı tərəflə bölüşərək, ciddi niyyətləri ilə kişiləri qorxudurlar.
Tərəzi
Tərəzi hər şeydə harmoniyaya can atır və onların tarazlığa nail olmaq istəyi uzunmüddətli münasibətlərin qurulmasında böyük rol oynayır. Kənardan belə görünə bilər ki, bu bürc altında doğulanlar enerjiləri azdır. Lakin bu, heç də belə deyil. Sadəcə, Tərəzilər çox sakit, yumşaq və mülayimdirlər.
Oxatan
Oxatanlar hər kəsin ürəyini fəth etməyə qadirdirlər. Yaxşı xasiyyətləri, səmimiyyətləri və yumor hissi ilə digər bürclərin qəlblərini asanlıqla oğurlayırlar. Oxatanlar eşq işlərində liderdir. Bu bürcün nümayəndələri insanlarla yaxşı anlaşır və rahat ünsiyyət qura bilirlər.