Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sentyabr bürclərə nə vəd edir? - PROQNOZ

Sentyabr bürclərə nə vəd edir? - PROQNOZ

Sentyabr ayının başlamasına sayılı günlər qalıb. Keçmişin problemlərini unutmaq zamanıdır. Qadağalara qarşı reaksiya yarada bildiyimiz bu dövrdə hirsli davranışlardan uzaq durmalıyıq. Doqquzuncu ayda bizləri olduqca qarışıq bir dövr gözləyir.

 

Gələn ayın hansı bürcə nə gətirəcəyini sizlərə təqdim edirik:

Qoç

 

Sentyabrda qazancınızı tarazlaşdırmaqda çətinlik çəkəcəksiniz. Borclarınızı ödəmək üçün daha planlı iş görməlisiniz. Sata bilmədiyiniz əmlak və mirasla bağlı məsələlər həll yolu tapacaq. Bu il də iddialı və uğurlu olmağa davam edəcəksiniz. Pul başqalarının sizin üçün yaradacağı imkanlar vasitəsilə sizə gələcək. Sentyabrda sevgi planetiniz "Venera" sayəsində çox aktiv mühitlərdə olacaqsınız. Sentyabrın 14-nə qədər sağlamlıq planetiniz geriyə doğru hərəkətini davam etdirir. Mədə və bağırsaq problemlərinizi nəzərə alın. Səs-küylü və izdihamlı yerlərə aldanaraq bədəninizi yormamalı və yuxunuza fikir verməli, gecə tez yatmalısınız. 

 

Buğa

 

Sentyabrda məntiqə uyğun olan bütün istəklərinizə doğru irəliləyəcəksiniz. Diqqətini çəkəcəyiniz mövzular üzərində uğurla işləyəcək, işləri praktiki şəkildə yekunlaşdıracaqsınız. Bəziləriniz qazandıqları pulları yeni layihələrinə xərcləyəcəklər. Siz ambisiyalarınızı aydınlaşdıracaq və sizi yüksəldəcək işlər görəcəksiniz. İndi daha cəsarətli olmalı və sizə verilən fürsətlərdən yaxşı istifadə etməlisiniz.

 

Yaxın münasibətləriniz canlanacaq və özünüzü daha güclü hiss etməyə başlayacaqsınız. Ətrafınıza kömək edəcək və onların sizə müsbət təsirini görəcəksiniz. Veneranın retrogradı sentyabrın 4-də başa çatır. Hər şey yoluna düşəcək. Venera ay ərzində Şir bürcündədir. Sentyabrın 23-dən sonra Günəş sağlamlıq evinizdə öz yerini tutmağa başlayacaq. Ürək və qan dövranı sisteminizə diqqət etməlisiniz.

 

Əkizlər

 

Sentyabrda risklərə qarşı diqqətli olmalı və qəzəbinizi idarə etməlisiniz. Qabiliyyətlərinizi təzyiq altında qoymadan, ağıllı şəkildə görməli olduğunuz işləri həll etməlisiniz. Başınıza gələcək hadisələrlə mübarizə aparacaqsınız, güzəştə getməyəcəksiniz. Təmkinli və qətiyyətli davrandığınız zaman vəziyyət sizin tərəfinizdə olacaq. Yüksək tədqiqat instinktinizdən qaynaqlanan hədəflərinizə doğru çalışırsınız. Özünüzü sığortalamaqdan başqa çarəniz yoxdur. Lazımsız cəsarət nümayişlərinə aldanmayın. Qəfil dəyişən şərtlərə qarşı diqqətli olmalı və tədbiri əldən verməməlisiniz. Sentyabr təhsilinizlə bağlı əla fürsətlərlə sizi gözləyir.

 

Xərçəng 

 

Sentyabrda yüksək instinktinizdən qaynaqlanan məqsədlərinizə doğru çalışırsınız. Mars Plutonla harmoniyada hərəkət edəcək. Siz aktiv və sürətli düşünürsünüz. Sürətli hərəkət edərək, iş həyatınızda böyük bir performans göstərəcəksiniz. Parlaq zəkanız və güclü hissləriniz həyəcanınızı idarə edəcək. Sizə həyatınızı təşkil etmək üçün maraqlı vacib fürsət keyfiyyətli şəkildə təqdim olunacaq. Sağlamlığınız yaxşı olsa da, ay ərzində qarşılaşa biləcəyiniz xırda problemlər sizi təəccübləndirməsin. Merkuri sentyabrın 14-dək geriyə doğru gedir. Sentyabrın 15-də Qız bürcündə yeni ay doğulur. Sentyabrın 5-də Yupiter geriyə doğru hərəkət edir. Sentyabrın 29-da  Qoç bürcündə dolunay baş verir. Sağlamlığınızı yaxşılaşdırmaq üçün çox şey edə bilərsiniz. İlk növbədə mədə və həzm sisteminizə diqqətli olmalısınız.

 

Şir

 

Sentyabrda ətraf mühit faktorları sayəsində sizi gücləndirəcək işlərin arxasınca düşəcəksiniz. Sosial həyatınız möhkəm təməllər üzərində qurulacaq. İdarəçilik ruhuna malik insanlar sizə daha çox güvən verəcəklər. Onlarla bir çox iş imkanları əldə edəcəksiniz. Sentyabrda birlikdə olduğun insanlarla həyatı sorğu-sual etməlisən. İndi siz öz problemləriniz haqqında danışmalı və sevmədiyiniz hadisələrə yenidən baxmalısınız. Münasibətinizdə bir-birinizi incidə bilərsiniz. Sevdiyiniz insanı tək qoymayaraq onu müşayiət etməlisiniz.

 

Qız

 

Sentyabrda özünüzü təhlükəsiz hiss etmək istəyirsiniz. Pul və dəbdəbəyə olan marağınız sizi daha çox işləməyə sövq edəcək. Zəhmətinizin bəhrəsini verəcəyi işlə məşğul olmaq istəyirsiniz. Ətrafınızda bu mövzuda ambisiyalarınızı müşayiət edə biləcək insanları axtaracaqsınız. Sentyabrda tanışlıqlar və əməkdaşlıqlar üçün münasib dövrdəsiniz. Özünüzə dönüb dəyər verdiyiniz hisslərinizlə mübarizə aparmaq üçün yaranan fürsətlərdən yararlanmalısınız. Yaxınlarınızla qısamüddətli və işgüzar səfərlərə çıxa bilərsiniz. Eyni zamanda növbəti ay təhsiliniz yaxud da işinizlə bağlı gözlənilməz irəliləyişlər yaşana bilər.

Tərəzi

 

Sentyabrda təşkilatçılıq qabiliyyətiniz artır. Həyatınızdakı dəyişikliklərə hazırlaşmalısınız. Aldığınız güclü kosmik təsirlərlə çoxdankı planlarınız dəyişəcək. Yaradıcılığınızı üzə çıxaracaq hər cür işə açıqsınız. Dostluqların güclənəcəyi və sizi müsbət yönləndirəcək enerjilər alacağınız bir dövrdəsiniz. Güclü insanların dəstəyini hiss edəcək və onlarla münasibətlərinizi müsbət saxlaya biləcəksiniz. Sentyabrda sevgi planetiniz Mars sevginizin və sosial həyatınızın enerjisini ay boyu yüksək saxlayır. Daxil olduğunuz mühitlərdə müzakirələrdən uzaq durmalı və stressi üzərinizə götürməməlisiniz.

 

Əqrəb

 

Sentyabrda yüksək mənliyinizə görə, içində olacağınız mühitlərdə ilk olaraq özünüzü düşünəcəksiniz. Diqqət edəcəyiniz mövzuları yaxşı müəyyənləşdirirsiniz və başlanğıclarda çox cəsarətlisiniz. Siz ambisiyanızı və gücünüzü arzularınızda birləşdirməyə enerjinizi cəmləmisiniz. Üzərində çalışdığınız bir tezisiniz varsa, bu müddət ərzində diqqətinizi cəmləyəcək və daha çox vaxt ayıracaqsınız. Sentyabrda çox seçiminiz var. Seçim hüququnuzdan istədiyiniz kimi istifadə edə bilərsiniz. Amma bu dövrün ən mənfi cəhətlərindən biri də kritik tərəflərinizin ortaya çıxması və buna görə də münasibətlərinizdə problem yaşama ehtimalıdır. Ətrafınızda çox cəlbedici insanlarla qarşılaşacaqsınız.

 

Oxatan 

 

Sentyabr ayında çox çalışacaq və ətrafınıza nümunə olacaqsınız. Güclü heyətlə işləyərək bir çox ortaq işlərə imza atacaqsınız. Bu dövrdə çox çalışmaqdan yorula, sinir sisteminizdə problemlər yarana bilər. Uzun müddət sizə dəstək olan və sizin üçün işləyən biri ilə daha çox şəxsi tərəfdaşlıq qura bilərsiniz. Sentyabrda sevgi və işinizi birlikdə həyata keçirəcəyinizə əminsinizsə, içində olduğunuz mühitlərdə diqqət çəkməkdən qorxmamalısınız. Sosial münasibətlərinizdə müəyyən fasilələr olduğundan, son qərarların verilməsini gözləməlisiniz. Bəziləriniz iddialı davranarkən, bəziləriniz iş həyatında yeniliyə ehtiyac duyacaqlar. Verdiyiniz vədləri yerinə yetirmək üçün diqqətli olmalısınız. Sentyabrın 5-də Yupiter retrograd olacaq.

 

Oğlaq

 

Sentyabrda yenidən gündəmə gələcək çox köhnə hadisələrin həlli yollarını axtarmalısınız. Bu dövr maliyyə və maddi məsələlərlə bağlı problemlərin müşayiəti ilə gözlədiyiniz investisiyalarda gecikmələr olacaq. Məhkəmə və hüquqi məsələlərdə bu müddət ərzində problemlər yaranacaq. Siz ödənilməmiş hesab-fakturalarınızı nəzərdən keçirməli və ödənilməli olan fakturalarınızı yoxlamalısınız. Əgər tərəfdaşınızla birlikdə işləyəcəksinizsə, diqqətli olmalısınız. Bir-birinizi səhv sala bilərsiniz.  Qohumlarınızla aranızda pul problemləri yarana bilər. Adi intuisiyanız sizə kömək etməyə hazır olacaq. Sentyabrda köhnə bir hadisə yenidən gündəmə gələcək. Emosional problemlər sizi çaşdıracaq. Lakin sentyabr oğlaqlar üçün eşq həyatında olduqca uğurlu dönəm hesab edilir. Bu vaxt tək olan oğlaqlar aşiq ola, bir qismi isə hətta evlənə bilər.

 

Dolça

 

Sentyabrda yupiter dördüncü evinizdə keçid edir. Ev və ailə anlayışları əhəmiyyət qazanacaq. Güclü fantaziyanızla yanaşı, sevdiklərinizə yaxşılıq etmək istəyiniz sizi fərqli davranışlara sövq edəcək. Ailənizlə peşəniz arasında gərginlik dövrü yaşaya bilərsiniz. Bir çox problemlər üst-üstə düşəcək və məsuliyyət hissləriniz üzündən çox əsəbi olacaqsınız. Sentyabrda müdrik addımlar atmalı və səhv etməməlisiniz. Həyat fəlsəfəsi ilə bağlı fikirləriniz dəyişəcək. Özünüz haqqında qeyri-adekvat hesab etdiyiniz məsələləri yenidən həll edərkən daha intizamlı olmalısınız. Fikirlərinizi həyata keçirərkən keçmişin səhvlərinə yol verməməlisiniz. Fikirlərinizi bəyənməyənlərə reaksiya verməyin. Son dərəcə həssas bir təbiətdə olduğunuz bu günlərdə hadisələri müxtəlif aspektlərdən araşdırmağa çalışın. Yuxunuza önəm verin. Soyuq havaları laqeyd yanaşmayın və dərinizə qulluq edin.

 

Balıq

 

Sentyabrda bəzi insanlara həsəd apara bilərsiniz. Güclü bir potensial nümayiş etdirərkən ətrafınızla iddialı olacaqsınız. Siz maneəsiz aqressiv emosiyalar göstərə bilərsiniz. Maliyyə ambisiyalarınız ön planda olacaq. Yaxın dostunuzla qurduğunuz yaxınlığı iş yerinizdəki digər mühitlərə yaymalısınız. Bu sizi daha da həvəsləndirəcək.  Bu ay maddi və mənəvi baxımdan yaxşı bir ay yaşayacaqsınız. Hakim planetinizin sizə çətinliklər verməsi nəticəsində dostlarınız arasında ünsiyyət pozğunluğu yaşaya bilərsiniz. Ətrafınızda baş verən hadisələrə sərt reaksiya verirsiniz.