Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

GÜNÜN ULDUZ FALI - 26.12.2020

GÜNÜN ULDUZ FALI - 26.12.2020

Qoç - çoxsaylı problemlər yaratmamaq üçün başqalarının təcrübəsindən də yararlana bilərsiniz. Yeni romantik münasibətlərə başlamaq və ya əvvəllər kəsdiyiniz təmasları bərpa etmək üçün yaxşı zamandır.

Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi rəvan qurun. Layiq olmayan insanlara inanmayın, onlara etibar etməyin. Səy göstərsəniz, bədxahınızı və sizə mane olmaq, böhtan atmaq istəyən şəxsi ifşa edə bilərsiniz.

Əkizlər - əks cins mənsubu ilə fikir ayrılıqları yarana bilər. Günün ikinci yarısında yaranacaq münaqişəni dərhal həll edin.

Xərçəng - ən kiçik çətinlikləri ürəyinizə salmayın. Xırda müşküllərə görə əhvalınızı pozmayın. Yaxşı əhvalınızı qoruyun. Bu, ilk baxışdan göründüyü kimi çətin deyil.

Şir - ideyalarınızı könüllü paylaşa bilərsiniz. Layihənizin reallaşdırılmasında sizə yardım edəcək insanla tanış olacaqsınız. Çalışdığınız sahədə təşəbbüskar olun. Hətta ən cəsarətli və ilk baxışdan absurd ideyalarınız dəstək ala bilər.

Qız - gəlir istisna deyil. Günün ikinci yarısı alış-veriş üçün əlverişli zamandır. Şəxsi münasibətlər baxımından ən əlverişli zaman deyil.

Tərəzi - yaxınlarınızla təmaslarda həssas və diqqətli olun. Ehtiyac yarananda kompromisə gedin. Ən adi ev işləri çox çətin təsir bağışlaya bilər. Yardım təklifi alanda aqressiv cavab verməyin.

Əqrəb -  perspektivlərlə prioritetləri müəyyənləşdirin. Qeyri-müəyyənlik nə qədər çox olarsa, siz bir o qədər iradəli və qətiyyətli davranmalısınız. Gün sürprizlər vəd edir. Günün ikinci yarısında ötənlərdə unutduğunuz ideya və ya insanı xatırlaya bilərsiniz.

Oxatan - intuisiyanıza güvənin. Rasional olmayan addımlar, münasibətlərdəki kompromislər problemlərinizin həllinə radikal təsir edə bilər. İndi hər şeyi izah etmək asan deyil.

Oğlaq - bacarıq və məziyyətləriniz danışıqlar prosesinə təsir edə bilər. Əməksevər və sürətli olun.

Dolça - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə stress və sürprizlər olacaq. Dostlar və həmkarlar indi sizdən sui-istifadə etməyə çalışırlar. Hadisələrlə xəbərlərin intensivliyi artır. Daxili gərginlik səviyyəsini aşağı salın.

Balıqlar - günün əksər hissəsi kursu bilinməyən dövrdür. Mühüm işləri təxirə salın. İşgüzarlıq lazımi səviyyədə olmalıdır. Yaşam arealı və çalışdığınız sahədə qayda yaradın.