Ekstrasens Mehman Rəhmanoğlu Rusiyada tanınmış iş adamının oğluna olunmuş cadunu təmizləmək üçün Rusiyaya gedib.
Bu haqda danışan Mehman güclü sehr nəticəsində gənc oğlana cinlərin də musallat olduğunu bildirib:
“Mənə cadunun təmizlənməsi üçün Azərbaycandan müraciətlər çoxdur. Bu dəfə isə cadu təmizləmək üçün Rusiyada tanınmış iş adamı tərəfindən dəvət aldım. Elə burada mənə aydın oldu ki, həmin onun oğluna cinlər musallat olub. Özündə olmur. Allahın köməkliyi, Quranımızdan olan surələrlə həmin gənci təmizlədik. Buna inanmayanların olduğunu bilirəm. Amma həmin adamlar bilsin ki, Quranda 72-ci surə var "Cin surəsi" adlanır. Onların varlığını heç kim dana bilməz”.
Ekstrasens Mehman deyir ki, cinlərin bir neçə növü var:
“Cinlərin kateqoriyaları var, Allaha inananları, inkar edənləri, müsəlman və kafirləri var. Qurandan oxuduğumuzu deyə bilərik ki, orada da cinlər barəsində ətraflı yazılıb.
Bir vaxtlar bu cin tayfası bizim kimi gözə görünən bir varlıq olub, Allaha itaət etmədiklərinə görə Allahın qəzəbinə gəliblər və tanrı bunları bu vəziyyətə, yani gözə görünməz edib. Onlar vaxtılə Süleyman peyğəmbərin (s.ə.s) ixtiyarında olublar. Bu barədə hədislərimiz də var. Dindarlar belə cinlərin varlığını qəbul edir”.
Cadu ilə insanı ölüm həddinə də salmaq olur:
“Bəzən iş yerlərində, qohumluq arasında kiminsə uğurunu, zəfərini qəbul etməyən paxıl insanlar olur. Onlar məhz cadu, sehrin gücü ilə uğurlu insanın bütün həyatını məhv edir. Təəssüf ki, ölkəmizdə də belə hallar çoxdur. Cadunun təsirindən iş yerində rəhbərliklə münasibətlər korlanır, dava-dalaş, işdən qovulma halları baş verir”.