Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

GÜNÜN ULDUZ FALI - 28.12.2020

GÜNÜN ULDUZ FALI - 28.12.2020

Qoç - uğurlu və münasib gündür. Yeni layihələrə başlamaq, mühüm danışıqlara qatılmaq, potensial tərəfdaşlar və sifarişçilərlə müzakirələr aparmaq olar. Qarşınızda yeni perspektivlər açılır.

Buğa - yeni planlar yaradıcılıq potensialınızın daha parlaq şəkildə reallaşmasına təkan verəcək. Səyahət və səfərlər üçün münasib vaxtdır. Yeni təəsüratlar pozitiv, emosiyalar yaxşıdır. Romantik tanışlıq ola bilər.

Əkizlər - gün uğurlu olacaq. Başladığınız işləri ən yaxşı şəkildə başa vurmağa çalışın. İşlərinizdə qayda yaratmaqla yanaşı, yardıma ehtiyacı olan insana kömək edin.

Xərçəng - ən cəsarətli layihələrin reallaşdırılmasına başlamaq olar. Çəkinməyin, irəliləyin. İşdə sizə kömək ola biləcək insanla qarşılaşacaqsınız. Həmin adamda xoş təəssürat yaratmağa çalışın.

Şir - yaxınlarınızla münasibətlərdə həssas olun, sevdiyiniz insanın qayğısına qalın. Yeni tanışlıqlar asanlıqla yaranır. Təmaslarda diqqətli olun. Ləyaqətsiz insanlarla əlaqə qurmayın.

Qız - ağır problem yarana bilər. Müşkülün öhdəsindən gəlin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi korlamayın, səbrli və diqqətli olun. Çətinliklərinizlə baş-başa qalmayın.

Tərəzi - hətta çox perspektivli təsir bağışlayan işlər sizə gözlənilən gəliri verməyəcək. Əvəzində şəxsi münasibətlərdə irəliləyiş olacaq.

Əqrəb - belə problem həllini tapmazsa və zəruri tədbirlər görülməzsə, ciddi münaqişə yarana bilər. Alış-veriş, sərmayə yatırmaq məsləhət deyil.

Oxatan - yaxın ətrafınızdakı insanların, qohumların və dostların dəstəyinə bel bağlamayın. Sözsüz, onlar sizə kömək etmək istəyirlər. Di gəl, onlardan nə istədiyinizi dəqiq bilmirlər.

Oğlaq - sürəkli çətinliklər yaranır və onların dəf olunması böyük qüvvə tələb edir. Baş verənlərə rəğmən ruhdan düşməyin, geri çəkilməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın.

Dolça - əvvəlki vaxtlarla müqayisədə ev işləri daha çoxdur. Nə etmək gərəkdiyini yaxşı bilin, çaş-baş qalmayın. Gəlirlər olacaq. Amma onlar gözlədiyiniz qədər böyük deyil. Günün ikinci yarısında əhvalınız pisləşə bilər.

Balıqlar - başladığınız işləri tamamlamamış yeni işlər planlaşdırmayın. Çalışdığınız məkanda problemlər yarana bilər. Ətrafınızdakı insanlar təşəbbüslərlə çıxış etməyinizə alışıblar. Çətin situasiyalarda lider olun. Tənbəllik etməyin, ətalətə qapılmayın.

Milli.Az