Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

GÜNÜN ULDUZ FALI - 29.12.2020

GÜNÜN ULDUZ FALI - 29.12.2020

Qoç - gəlirlər istisna deyil. Bədxərclik etməyin, alış-verişdə emosiyalara qapılmayın. Əyləncədən imtina edin. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlər müstəvisində də lider məziyyətlərinizi nümayiş etdirin

Buğa - yaxınlarınız sizi dəstəkləyəcək. Amma qayğıdan sui-istifadə etməyin. Başqasının səhvinə görə məsuliyyət daşımalı olacaqsınız.

Əkizlər - diqqət mərkəzində olacaqsınız. Bundan yararlanın. Yeni tanışlıqlar istisna deyil. Nüfuzlu, hadisələrə təsir imkanlarına malik insanlarla görüş olacaq. Yeni yaranacaq münasibətin perspektivi yoxdur.

Xərçəng - gün ərzindəki təəssüratlar darıxdırıcıdır. Qeyri-adi, parlaq hisslər istəyəcəksiniz. Macəralar aramayın, cari işlərin çözümü ilə məşğul olun.

Şir - enerji potensialı səviyyəsi yüksəkdir. İdman və fiziki əməklə məşğul olmaq üçün yaxşı gündür.

Qız - daha ciddi uğurlara nail ola bilərsiniz. Qərarlarınız cəsarətli, addımlarınız orijinal olsun. Rəqiblər və bədxahlarınızla müqayisədə məqsədinizə daha sürətlə, daha tez çatmağa çalışın.

Tərəzi - üstəlik, intuisiyanız daha kəskindir. Minimum informasiyaya malik olsanız belə, hadisələrin inkişafı istiqaməti və potensial məcrasını təxminləməyə çalışın.

Əqrəb - işgüzar danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sərfəli anlaşmalara nail olun, əzmkar davranın

Oxatan - şəxsi münasibətlərdə əhəmiyyətli irəliləyiş istisna deyil. Fəqət, çalışmaq gərəkdir: özbaşına heç nə yaşanmayacaq.

Oğlaq - işlərə anlaqlı, ciddi yanaşma tələb olunur. Şənlənmək, problemlər yoxmuş kimi davranmaq zamanı deyil.

Dolça - yaxınlarınız sizə yardım etmək istəyirlər. Lakin onlar bütün qayğılarınızı öhdələrinə götürmək niyyətində deyillər. Bu səbəbdən də tənbəl, ətalətli olmayın, faydalı işə başlayın.

Balıqlar - fəaliyyət planının əvvəlcədən hazırlanması gərəksiz vurnuxmadan qurtulmağa imkan verəcək. Axşam saatlarında romantik tanışlıq, rəğbət bəslədiyiniz insanla yaxınlaşma ola bilər.

Milli.Az