Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“2021-ci il problemlərin həlli üçün şanslı ildir” - Bayram Nurludan 2021-ci il PROQNOZU

“2021-ci il problemlərin həlli üçün şanslı ildir” - Bayram Nurludan 2021-ci il PROQNOZU

Məşhur ekstrasens Bayram Nurlu 2021-ci il üçün proqnoz verib.

SHOWNEWS.AZ həmin proqnozu təqdim edir:

"2020ci il bütün dünya üçün ağır il oldu. Siçan hər şeydən tez hürküb, qaçan heyvan olsa da, il mənası dəyərin də çox ağır bir il oldu. Deyərdim bir çox böyük problemleri öz üzərində daşıdığı üçün problemli il oldu. Amma 2021ci il insanları qorxutmasın. 2021-ci il Öküz ili adlanan bu il insanların həyatında bir çox şeyləri dəyişəcək. Bu il problemlerin həlli üçün ən şanslı ildir. İlin birinci yarısı ağır keçəçəcək. Amma buna baxmayaraq may ayından sonra insanların həyatında yeniliklər baş verməyə başlayacaq. İyun və İyul ayını ayrıca vurğulamaq istəyirəm. Bu aylar xalqımız üçün çox uğurlu ay olacaq. Sentyabr ayında 3 ölkə birləşib, ölkəmizə hiylə qurmaq istəsə də amma planları baş tutmayacaq. Yəni tez xəbərdar olacayıq. 2021-ci il də bədxah qonşumuz olan Ermənistanda güclü zəlzələ baş verəcək. Xalqımızı və ölkəmizə qarşı qərəzli çıxış edən Fransada ömründə görmədikləri mitinqlər baş tutacaq. Bu qara buludlar İngiltərədən də yan keçməyəcək. Çox ağır bir itki olacaq. Azərbaycan da bu il təbiət oyanacaq, bol məhsuldar il olacaq. Oxatan, əqrəb, şir ,qız və tərəzi bürclərini ayrıca vurğulamaq istəyirəm. Bu sadaladığım bürclərə çox düşərli olacaq. Ümumiyyətlə bütün bürclər üçün uğurlu il olacaq.

İlin ikinci yarısı iki övladı olan 12ildən ailəli olan məşhurun ailəsi bitəcək. Hər kəsin sevdiyi sənətkar dünyasını dəyişəcək. İncəsənət aləmi üçün o qədər də uzun uzadı bu dəfə danışmaq istəmirəm. Yaxın günlərdə ayrıca bu haqda müsahibə verəcəm
Əvvəl ki illər də bizneslərində uğursuzluq olanlar bu il yenidən əvvəl ki kimi uğur əldə etmə imkanları olacaq. Geridə qoyduğumuz 2020ci il də ziyanla qarşılaşsalar da bu il o ziyanlardan çıxa biləcəklər. Öküz ilində öz ixtisası üzrə işləyə bilməyən insanlar, elə öz ixtisasları üzrə sınayıb, uğur əldə edə bilər bilərlər. Bu il insanlara qaranlıq qalan məqamlar aydınlaşacaq, dost və düşmanlarını tanıya biləcəklər.
Öküz təbiəti sevən heyvan olduğu üçün insanların təbiətdə gəzməsi və yenilik etməsi üçün şərait yaradacaq. 2021-ci il də insanlar nəyisə qəbullanmaq məcburiyyətində olacaq. Bu qəbullanmaq onlara uğur gətirəcək".