Bürclərin növbəti bir həftə ərzində iş və kariyerlarında artım müşahidə olunacaq.
AZXEBER.COM 22-28 yanvar tarixlərində 12 bürcü nə gözlədiyini açıqlayıb.
QOÇ
Qoçlar və yüksələni qoç olanlarla başlayırıq. 23 Yanvar tarixi qoçlar üçün uğurlu tarix kimi görünür. İş və kariyera həyatında axsaqlıqlar varsa, bu tarixdə düzələcəyi görünür. Maddi qazanclarınız da bu həftə ərzində qənaətbəxş olacaq.Sizə gələcək fürsətləri süzgəcdən keçirməyiniz tövsiyyə olunur. Ayın 24-də ailə mövzularında nisbətən stressli enerji aktiv ola bilər. Buna görə də mübahisələrdən uzaq durmalısınız.
BUĞA
Ayın 25-i baş verəcək Şir dolunayından təsirlənəcək bürclərdən biri də Buğa bürcüdür. Maddi mövzularda gözləmədiyiniz mənbələrdən pul gələ bilər. Bu dönəm ərzində duyğusal qərarlardan uzaq durmağınız daha məsləhətlidir. Yaşanacaq problemlərin qarşısını almaq üçün doğru kommunikasiya qurmağınız kifayət edəcək. Sakitliyinizi qoruyun.
ƏKİZLƏR
Növbəti bürcümüz isə qərarsızlıqları ilə məşhur Əkizlər bürcüdür. Bu aralar həyatlarını toparlamaq mövzusunda Əkizlər əziyyət çəkə bilərlər. Ayın 22də münasibətlərinizdə müəyyən qədər kommunikasiya problemi yaşamağınız gözləniləndir. Nəyəsə qərar verməli olduğunuzda bir neçə dəfə düşünüb sonra qərar verməlisiniz. İş həyatında da qeyri-müəyyənliklər olsa da, bu vəziyyətin keçici olacağını unutmayın.
XƏRÇƏNG
Xərçəng bürcü. İş həyatında son dərəcə ağlı-başında bir strategiya yürütmək lazımdır. Bu həftə xərçənglər bir az əsəbi görünürlər. 22 yanvardan etibarən duyğusal enişlər-yoxuşlar yaşayacaqsınız. Buna baxmayaraq hakimiyyəti əlinizdə saxlamağa cəhd göstərin. Pulunuzu xərcləyərkən israf etməməyinizdə fayda var
ŞİR
Bu həftənin dolunay təsiri edəcəyi gərgin bürclərindən biri də Şirlərdir.Şirlər İş yoldaşları ilə olan münasibətlərində balansı qorumalı və Bu həftə ərzində işinizə fokuslanmalınız. Ayın 25-i olacaq dolunay gərginliklə yanaşı ikili münasibətlərinizdə bitişə də səbəb ola bilər.
QIZ
Bu həftə Qız bürcləri üçün şanslı həftədir. Gözləmədiyinzi anda xoş xəbərlər eşidə bilərsiniz. İkili münasibətlərdə balansı saxlamağa özən göstərin. 25-i olacaq dolunayda bəzi mövzularda aydınlığa qovuşma ehtimalınız var.
TƏRƏZİ
Tərəzilər isə bu həftə baş qarışıqlığı ilə qarşılaşacaqlar. Mübahisələrdən çalışın, uzaq durasınız. Maddi mövzularda üzünüz güləcək. Problemli insanlarla qarşılaşa bilərsiniz. Təmkinli olmağınız arzuolunandır. Dolunaydan sonra ailə ilə olan münasibətlərinizdə sağalma dövrü olacaq. Bu müddət ərzində ailədən dəstək ala bilərsiniz. Sağlamlığınıza ciddi diqqət göstərin.
ƏQRƏB
İndi isə gəlirik Əqrəblərə. Sizə həm müjdəli xəbərimiz, həm də xəbərdarlığımız olacaq. Bu xəbərdarlıq dolunayla bağlı olacaq. Bununla yanaşı isə sevgi həyatınızda, maddi mövzularda ayın 23-dən etibarən müsbət enerjilər aktiv olacaq. Alış-veriş edərkən diqqətli olun. Gərəksiz yerə pul xərcləməməyə özən göstərin. Bu həftə Əqrəblər düzgün münasibətlər qura bilərlər.
OXATAN
Oxatanlar üçün isə bu həftə dolunayla əlaqədar müəyyən qədər içlərinə qapana bilərlər. 22 yanvardan etibarən işinizə daha çox fokuslanın. Məsuliyyətlərinizi vaxtında yerinə yetirməyiniz əhvalınıza daha yaxşı təsir edəcək. Əsəblə bağlı problemləriniz ola bilər. Sağlamlığınıza ciddi diqqət göstərin. Bir az sakit olmağınızda fayda var. Finansal olaraq isə uğurlu olacağınız dövrdür.
OĞLAQ
Növbəti bürcümüz isə Oğlaqlardır. Sizin üçün şanslı dönəm başlasa da, müəyyən çətinliklər olacaq. Yanvarın 23 və 24-də diqqətli olun. Bu dövrdə işlə bağlı dəyişikliklər yaşaya bilərsiniz. İş və ya əməkdaşlıq təkliflərinin gəlmə ehtimalı böyükdür. Sizə mənfi təsir edəcək mövzuları ayın 23-də həll edin və 24-nə daha səbirli başlayın. 25-i olacaq dolunay sizə yaxşı təsir göstərəcək. İşləyin, çalışın və qarşılığını kainatdan gözləyin.
DOLÇA
Dolçalar dolunayın enerjisi ilə müəyyən qədər gərgin ola bilərlər. Amma ağıllı bürc olduqları üçün sakitliklərini pozmayacaqlar. Sevgi mövzularında gözləntiləriniz qarşılanmaya bilər. Sakit qala bilməyiniz sizin qazanclı çıxa bilməyiniz ilə nəticələnəcək. Həyatınızda bitişlər yaşaya bilərsiniz. Sağlığınıza diqqət edin.
BALIQ
Balıqlar üçün ailə mövzuları aktual olacaq. Ailədə müəyyən dərəcə sıxıntılar yaşaya bilərsiniz. Yeni başlanğıclar və ya münasibətlərinizdə sağalmalar yaşaya bilərsiniz. İstedadınız olan bir sahədə pul qazana bilərsiniz. İstadadınızı yaxşı dəyərləndirməyiniz tövsiyyə olunur. Maddi dəstəyiniz ola bilər. Bu dolunay sizin iş həyatınıza da köklü dəyişikliklər göstərə bilər.