Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bill Geyts Günəş şüalarının Yerə düşməməsi üçün ALİMLƏRLƏ PLAN QURUR

Bill Geyts Günəş şüalarının Yerə düşməməsi üçün ALİMLƏRLƏ PLAN QURUR

"Maykrosoft”un qurucusu Bill Geyts məqsədi Günəşi "bloklamaq" olan genişmiqyaslı bir layihə həyata keçirməyə hazırlaşır.

SHOWNEWS.AZ xəbər verir ki, milyarderin ideyasını həyata keçirməsi üçün ona Harvard Universitetinin alimləri kömək edəcəklər.

Tədqiqat müəllifləri planetdəki qlobal istiləşmə prosesinin atmosferə Günəş işığını əks etdirən hissəciklərin püskürməsi ilə təsir edə biləcəyi fərziyyəsini yoxlamağı planlaşdırırlar.

SSC mütəxəssisləri bu yaxınlarda layihədə iştirak etmək barədə razılıqlarını bildiriblər. Antarktika şəhəri Kirun yaxınlığında, təxminən 600 kiloqram ağırlığında 20 kilometr yüksəkliyə qədər elmi avadanlıqları olan bir qondol aparacaq isti hava balonu atacaqlar.

Bununla belə, heç də bütün elm adamları bu təşəbbüsü dəstəkləmir, çünki təbii proseslərə təsir göstərmək cəhdləri ciddi nəticələrə səbəb ola bilər və bunu, sadəcə proqnozlaşdırmaq mümkün deyil.

Bundan əvvəl Bill Geyts GeekWire Summit-ə verdiyi bir müsahibəsində bütün dünya üçün 2021-ci illə bağlı bir neçə proqnoz vermişdi.

// Qaynarinfo.az