Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Koronavirus böhranı hələ 12 il eşidiləcək...” Məşhur astroloqdan PROQNOZ

“Koronavirus böhranı hələ 12 il eşidiləcək...” Məşhur astroloqdan PROQNOZ

Bəlalı 2020-ci ili artıq geridə qoyduq. Ulduzlara görə, 2021-ci ildə keçən il qurulan cərəyanlar davam etsə də, yaşamaq daha asan olacaq. Pandemiya dünyada təxminən bir il davam edəcək, ancaq əsas gərginlik cari ilin ilk altı ayına təsadüf edəcək. Yanvar ayının ikinci yarısında koronavirus xəstələrinin sayında artım gözlənilir.

Publika.az xəbər verir ki, bu sözləri “kp.ru”ya Astrologiya Akademiyasının rektoru Mixail Levin deyib. Astroloq bildirib ki, sərhədlər yayda açılacaq, ancaq pandemiya ilə əlaqəli müəyyən məhdudiyyətlər ilin sonuna qədər qalacaq:

“Koronavirus böhranı sona çatmayacaq. Bunun nəticələri olacaq, əks-sədaları 12 il eşidiləcək. Önümüzdəki 12 il bütün dünya üçün kritik keçəcək. Bu dövrdə Avropa sivilizasiyasının çevrilməsi baş verəcək. Fərqli mədəniyyətlər meydana gələcək. Əslində, Şpenqlerin 20-ci əsrin əvvəllərində yazdığı “Avropanın çöküşü”nün şahidi olacağıq.

Bu uzunmüddətli proseslər üzərinə daha bir hadisə əlavə olunur: hər 600 ildə bir dəfə Saturn, Uran və Neptunun birləşməsi həyata keçir. Bu dövrdə yeni mədəniyyət formalaşır. 1307-ci ildə Renesans dövrü üzə çıxdı, Moskva qurulmağa və böyüməyə başladı. 620-ci illərdə İslamın doğuşu baş verdi, ondan əvvəlsə xristianlıq yaranmışdı. Proseslərin başlamasına həmişə bir böhran təsir edir. Böhran qismən dəf edilib, 2030-cu illərin ortalarında kəskin yüksəliş dövrü gözlənilir.

Gələn il Amerika yenidən sarsılacaq. Nümayişlər və etirazlar davam edəcək. Yupiter və Saturnun birləşməsi seçilən prezidentin çətinliklərlə qarşılaşmasına səbəb olacaq. Belə prezidentlər bir qayda olaraq müddətlərinin sonuna qədər hakimiyyətdə qalmırlar. Məsələn, Ronald Reyqan kimi hücuma məruz qala bilərlər. Dəhşətli faciə ABŞ-ı sarsıda bilər.

2030-2040-cı illərdə Amerika dərin böhran yaşayacaq. Ancaq maliyyə və iqtisadi baxımdan ABŞ sabit güc olaraq qalır. Yaxın illərdə də bu mövqeyindən vaz keçməyəcək”.

Avropa və Çin

“Avropada koronavirusun yaratdığı böhran yaxın iki-üç il ərzində davam edəcək. Sərhədlər yayda açılmağa başlayacaq, lakin məhdudiyyətlər 2021-ci ilin dekabrına qədər davam edə bilər.

Gələn il Çində bəzi çətinliklər olacaq. Məsələn, sosial sahədə. Bəlkə də epidemiyanın nəticələri buna təsir edəcək. Ancaq yaxın iki ildə qlobal dağıdıcı proseslərin olması gözlənilmir”, - Mixail Levin qeyd edib.

Astroloqun sözlərinə görə, 2021-ci ildə Rusiyanın qərb sərhədində sürprizlər gözlənilir:

Ukraynanın Donbasda qisas almağa cəhd göstərməsi mümkündür. Bu, mart-aprel aylarında ola bilər. Təzyiq Donetskdən daha çox Luqansk istiqamətində müşahidə olunacaq.

Gələn il Ukrayna üçün siyasi və ya sosial baxımdan ciddi təlatümlər gözlənilmir. Böyük hərbi zərbələr və ya meydan nümayişləri də. Ümumiyyətlə, Zelenski ölkəni demokratikləşməyə aparır”.