Fürsət həmişə ayağına gələn bürclərin siyahısı hazırlanıb.
Astroloqlar bildirirlər ki, 3 bürcün bəxti həmişə gətirir. Sevgidə və ailə münasibətlərində də bu bürclər üçün yaşıl işıq yanır. Adları açıqlanan bu bürcün nümayəndələrinin qızları gənc yaşlarda ailə qururlar. Oğlanları da özlərinə uyğun xanım tapmaqda məharətli olurlar.
Adları qeyd edilən bu bürclərin nümayəndələri üçün pul qazanmaq da çox asan olur.
Bu bürclər – Qoç, Oğlaq və Əqrəbdir. Qoç bürcü altında doğulan qızlar gözəl ailə idarə edə bilirlər. Özlərinə uyğun kişi tapmaqda məharətli olurlar. Bu bürcün oğlanları da ailəcanlı olur.
Pul qazanmaqda da maharətli və bacarıqlıdırlar. Sağlamlıq baxımından da bəxtləri gətirib. İstini sevməyirlər və soyuqa davamlıdırlar.
Oğlaq bürcündən olan bəy və xanımlar pul qazanmaqda şanslı olur. Ailə məsələlərində də bəxtləri gətirir. Lakin sağlamlıq baxımından bir qədər problemli olurlar.
Əylənməyi sevirlər. Qazanclarının yarısını əylənçəyə xərcləməyə hazırdırlar. Lakin ailəyə də vaxt ayırmağı unutmurlar. İşlərini yarımçıq qoymağı sevmirlər.
Əqrəb bürcünün nümayəndləri mükəmməl insan olurlar. Pul qazanmaqda bacarıqlıdırlar. Bu bürcdən olan xanım və bəylər qənaətcil olurlar. Kişiləri isə simic olur.
Dostcanlı və ailəyə diqqət göstərməyi sevirlər. Əqrəb bürcündən olan kişilərlər evlənən qadınlar şanslıdır. Çünki onlar xoşbəxt olmaqla müjdələniblər.
Əqrəb bürcündən olan xanımlar da adətən gənc yaşlarda ərə gedirlər. Bu bürcdən olan qadınlar sadiq olur.