Merkuri Qız bürcündədir və sentyabrın 26-dək səyahət edəcək.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri məşhur Türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşıb.
O, öz paylaşımında bu dövr ərzində beynimizi daha məhsuldar işlər üçün işlədəcəyimizi qeyd edib:"Merkuri Qız bürcünün rəhbəridir. Ona görə də hər cür Merkuri məsələləri sentyabrın 26-na qədər daha faydalı şəkildə işləyəcək.
İmza atmaq, elektronika avadanlıqları almaq, biznes qurmaq, iş tapmaq, təhlillər aparmaq, səfərlər planlaşdırmaq, işlərin təşkili və planlaşdırılması bu dövrdə daha asan başa gələcək.
Planlar qurmaq və həll yönümlü olmaq üçün mükəmməl vaxtdır. Xüsusən də gündəlik işlərimizi, rutinlərimizi və sağlamlıqla bağlı məsələlərimizi həll etmək ehtiyyacı üzə çıxacaq.
Kiçik detallara diqqət yetirmək və diqqətdən kənarda qalan elementləri tapmaq daha asan olacaq. Əgər həll edilməli problemlər varsa, bu prosesdə məntiqi, praktiki və strateji yanaşmalar inkişaf etdirə bilərik".