"Artıq Bakıdayam. Öz işimin başında. Artıq müştərilərim mənə zəng edəndə Moskva və ya İstanbuldayam deməyəcəyəm".
Bu açıqlamanı ölkənin əsas ekstrasensi Fərid Zamanlı edib. Öncəgörücü bildirib ki, uzun müddət işi ilə əlaqədar Rusiya və Türkiyədə olub. Hazırda tamamən Bakıya köçdüyünü dilə gətirib:
"Moskvaya çox tanınmış bizmenin işi ilə əlaqədar getmişdim. Əslində çox qısa zamanlı səfər idi. Daha sonra getməyimə icazə vermədi. Daha doğrusu əməyimə artıqlaması ilə qiymət və dəyər verdiyi üçün orada qaldım. İstanbulda da eyni hal yaşandı. Mənim əsas müştərilərim iş adamları, biznes sahibləridir. Bizmesi anidən mənfiyə gedən insanlar var ki, nə baş verdiyini anlamır. Təəssüf ki, çox vaxt bu cür işlərin arxasında çox vaxt cadu-əməl durur".
Ekstrasens bildirib ki, hətta bir çox ailələrin dağılmasının əsas səbəbi də cadudur:
"Bu haqda çox danışa bilərəm. Mənim gördüklərimi adi insanlar görsə, bəlkə də havalanar. Üzdə mələk olub, arxada gizli-gizli cadu edən o qədər insan var. Hətta gəlininə qurd yağı yedizdirən qaynanalar var".