Fevral ayı ulduzların dörd bürc üçün parladığı bir dövr olacaq. Bu ay həm maddi qazanclarda, həm də sevgi və karİyerada fürsətlərlə dolu bir dövr vəd edir. AZXEBER.COM xarici mətbuata istinadən ən şanslı 4 bürcü təqdim edir:
1. BUĞA
Fevral ayı Buğa üçün maliyyə baxımından qızıl dövrdür. Uzun müddətdir gözlədiyiniz fürsətlər bu ay qapınızı döyə bilər. İnvestisiyalarınızdan gözlənilməz gəlir əldə edə bilərsiniz. Eşq həyatınızda romantikanın zirvələrinə çatmağınız mümkündür. Münasibətlərdə emosional bağların güclənəcəyi bir dövr sizi gözləyir. Kariyeranızda yaradıcılığınız və çalışqanlığınızla heyran edəcəksiniz.
2. ŞİR
Fevralda Şir bürclərini uğur gözləyir. Xüsusilə kariyeranızda yüksəlişinizi sürətləndirəcək imkanlar yarana bilər. Yeni layihələr, iş təklifləri və ya yüksəlişlər kimi inkişaflarla qarşılaşa bilərsiniz. Eşq həyatınızda sizi ehtiras dolu günlər gözləyir. Yeni münasibətə girə və ya hazırkı münasibətinizdə romantik sürprizlərlə qarşılaşa bilərsiniz. Bu ay Şirlər üçün həm emosional, həm də peşəkar baxımdan qənaətbəxş olacaq.
3. TƏRƏZİ
Tərəzilər üçün fevral ayı tarazlıq və harmoniya, eləcə də qazanclarla dolu bir dövr olacaq. Maliyyə məsələlərində uzun müddətdir planlaşdırdığınız gedişi həyata keçirə və müsbət nəticələr əldə edə bilərsiniz. Sevgi həyatınızda partnyorunuzla aranızdakı bağ daha da güclənə bilər və ya yeni eşq macərasına başlaya bilərsiniz. İş həyatında komanda işiniz və sosial bacarıqlarınız sayəsində diqqət çəkəcəyiniz bir ay sizi gözləyir.
4. BALIQLAR
Balıqlar üçün fevral ayı arzuların gerçəkləşdiyi dövr ola bilər. Xüsusilə karyeranızda yaradıcı ideyalarınızla fərqlənə və təqdir qazana bilərsiniz. Maliyyə baxımından da qazanclı bir dövr yaşaya bilərsiniz. Gözlənilməz gəlir və ya yeni iş imkanları ön plana çıxa bilər. Sevgi həyatınızda romantik və emosional anlar ön planda olacaq. Bu ay Balıqların həm ürəyi, həm də cibləri dolu olacaq.