Son bir neçə gündür ki, ölkə mediasını intihar xəbərləri ələ alıb.
SHOWNEWS.AZ-a açıqlama verən ölkənin ən güclü öncəgörücüsü Fərid Zamanlı bu intiharların bir dalğa kimi keçəyini bildirib.
"Sanki bir dalğadır. Uzun müddətli olmayacaq. İntiharlar dalğa kimi keçib gedəcək. Bu kimi intiharlardan bu ilin avqust ayına kimi ara-sıra xəbər alacağıq. Amma onu deyə bilərəm ki, intihar edən hər kəsin arxasında başqa bir qüvvə var".
Öncəgörücü daha sonra İngiltərə kral ailəsindən bədbəxt xəbərlərin olacağını açıqladı:
"3-cü və 6-cı ay İngiltərə kral ailəsi üçün faciəvi olacaq. Kraliça Elizabet gözlərini əbədiyyətə yumacaq".
Qeyd edək ki, ilin əvvəli F. Zamanlının "Azərbaycanı alovlar içində görürəm" proqnozu özünü doğruldur. Hirkan qoruğunda günlərlə davam edən yanğın, Xırdalanda və Bakıda qaz sızmasından ev partlayışları buna əyani sübutdur.
Eyni zamanda Rusiya və ABŞ üçün verdiyi proqnozlar da elə yanvar ayında baş verdi ABŞ-da Ağ evə hücum, Rusiyada isə Putin əleyhinə davam edən mitinqlər günlərlə dünya mediasının diqqətində idi.
F. Zamanlının yanvar ayı üçün Azərbaycanın dəyərli sənətkarı vəfatı hər kəsi göz yaşına boğazacaq xəbəri də özünü doğrultdu. Belə ki, yanvar ayında bəstəkar Nailə Mirməmmədlinin ölümü bir çoxunu sözün əsl mənasında yasa boğdu.