Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Zakir Həsənov vəzifəsini itirəcək, Əli Həsənovu qaranlıq 4 divar gözləyir, Qənirə Paşayeva, Azad Rəhimov isə...” - Öncəgörücü Azra Məciddən ŞOK PROQNOZ

“Zakir Həsənov vəzifəsini itirəcək, Əli Həsənovu qaranlıq 4 divar gözləyir, Qənirə Paşayeva, Azad Rəhimov isə...” - Öncəgörücü Azra Məciddən ŞOK PROQNOZ

Sonuncu müsahibəsi zamanı tezliklə bəzi ölkələrdə daxili çaxnaşmaların olacağı, təbii fəlakətlərin baş verəcəyi, həmçinin Azad Rəhimov, Rövnəq Abdullayev, Mikayıl Cabbarov və digər məmurların işi ilə bağlı proqnozlarını açıqlayan Azra Məcidovanın dedikləri artıq öz təsdiqini tapmaqdadır. Siyasi arenada cərəyan edən hadisələr hər kəsə maraqlı olduğu üçün Parla.az olaraq bu dəfə digər siyasətçilər haqqında soruşduq. 
   
- Salam, Azra xanım. Ötən dəfə söylədikləriniz artıq reallaşmağa başlayıb. İstər işini itirmə təhlükəsi ilə üzləşən Azad Rəhimov, Rövnəq Abdullayev, istərsə də vəzifəsində yüksəliş yaşayan Mikayıl Cabbarovla bağlı.     

- Çox təəssüf ki, Azad Rəhimovun səhhəti ilə bağlı dediklərim düz çıxdı. Əslində o, çox yaxşı adamdır, heç istəməzdim belə çətin günlər yaşasın. Düzdür işi ilə bağlı rəsmi qərar verilməyib, amma səhhəti ilə bağlı bir müddət vəzifəsini icra edə bilməyəcək. Müalicə müddəti boyunca bəlkə rəsmi olaraq qalsa da, işinin başında olmayacaq. Hətta yeni namizədin gələcəyini düşünürəm. Bu, onun müavinləri olmayacaq. Hər iki müavin bu işi bilsə də, Fərhad Hacıyevin daha uğurlu olacağını təxmin edirəm. Amma məncə onlardan heç birinə bu vəzifə həvalə olunmayacaq. Heç bu kürsüyə namizəd kimi göstərilən və cəhd edən Fuad Muradov da seçilməyəcək.     

- Siyasətçilər arasında daha kimlərin yüksələcəyini və ya vəzifədən gedəcəyini deyə bilərsiniz?     

- Keçən dəfə Müdafiə naziri Zakir Həsənovun səhətində problemlər olacağını demişdim. Onun tezliklə vəzifəsini itirməsi ehtimalı çoxdur. Əslində çox insan haqqında söz demək olar, sadəcə çalışacam yadıma düşənləri deyim. Məsələn son günlər daha çox adı hallanan Əli Həsənov...  Bu insanın çətin günləri hələ qarşıdadır. Demək istəmədiyim çox pis hadisələr yaşayacaq. Bilmirəm bu sözü deməyim nə qədər doğrudur, amma qaranlıq dörd divar arasında görürəm. Söz-söhbətdən başı açılmır. 

- Bəs Əli Əhmədov?     

- O, təxmini 15 il öncə çox böyük zərbə alıb və bir müddət bu hadisənin təsirindən çıxa bilməyib. Hazırda səhhətində müəyyən narahatlıqlar var. Böyrək və ya ciyərində problemlər görürəm. İşinə gəlincə isə bu barədə müsbət heç nə deyə bilməyəcəm. Əslində istər şəxsi biznesində, istərsə də çalışdığı işdə yeniliklər etmək istəyir, amma "alınacaq" deyə bilməyəcəm, sanki bir boşluqdadır. 

- Bəs yenicə mədəniyyət naziri təyin olunan Anar Kərimovun fəaliyyəti haqqında nə deyə bilərsiniz?     

- Anar Kərimov hazırkı işində uzun müddət qalmayacaq. Bir müddət sonra işində müsbət yeniliklər olacaq, daha da yüksək vəzifəyə təyin olunacaq. 

- Heç qadın siyasətçilərdən danışmadıq. Bir az da bəlkə onlar haqqında proqnoz verəsiniz...     

- Məsələn ən çox xalq arasında tanınan qadın siyasətçilərdən biri Qənirə Paşayevadır. İşini bilən, savadlı xanımdır. Amma düşmənləri çoxdur. O qədər ayağının altını qazan, pislik etmək istəyən insanlar varki... Hətta dəfələrlə bu insanı məhv etmək istəyiblər. Bəzən o həddə çatdırırlar ki, hər şeydən bezir, işindən uzaqlaşmaq istəyir. Ötən günləri üçün çox darıxır. Hərdən uğurların davamınca yaşadığı çətinliklər o qədər pis təsir edir ki, hətta yüksəlməyə də qorxur. Azad Rəhimov kimi bu insanın da ətrafında ona pislik etmək istəyənlər çoxdur. Əslində daha böyük vəzifələrdə də ola bilər, amma imkan vermirlər. O, da qorxur. Şəxsi həyatı haqqında heç nə deyə bilməyəcəm, çünki özünü işinə həsr edən xanımlardandır. 

- Rusiyadakı son vəziyyət sizcə kimin xeyrinə dəyişəcək? Putin hakimiyyətdən gedəcək?     

- Vəziyyət hər zamankı kimi Putinin xeyrinə bitəcək. O, yalnız sağlamlığında problem yarananda gedəcək, heç vaxt məğlub prezident olmayacaq.

- Məlumdur ki, rus sülhməramlıları Qarabağdadır. Və Rusiyada baş verən gərginliklərin nəticəsi həm də bu baxımdan ölkəmiz üçün əhəmiyyətlidir. Sizcə nə kimi dəyişikliklər gözlənilir?     

- Müharibənin bitməsinə baxmayaraq, ilin ilk yarısı gərginlik davam edəcək. Demirəm yenidən müharibə başlayacaq, amma şəhidlərimiz olacaq. Əslində orada sülhməramlılar varsa, belə hallar yaşanmamalıdır. Amma təəssüf ki, onlar adlarına layiq hərəkət etmirlər. Ermənistan muxtariyyət istədiyi üçün gərginlik davam edir. Hətta buna görə müəyyən təxribatlar da törədəcəklər, ola bilsin itkilər oldu. Amma Ali Baş Komandan onlara növbəti dəfə "dəmir yumruq" göstərib "DUR!" deyəcək. İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan gücü, qardaşlığı bu dəfə də öz sözünü deyəcək. Putinin bəzi planları baş tutmayacaq, Ermənistan məğlub olduğunu qəbul edib geri çəkiləcək. Onu da əlavə edim ki, bir müddət sonra başqa bir ölkə də bizə dəstəyini açıq şəkildə bildirəcək.

Azra Məcidin ötən ay verdiyi proqnozu linkdən oxuya bilərsiz. 
Öncə görücünün Instagram hesabı @azra_majid_official