Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bəxtsiz bürclərin bəxti açılır - SEVGİ, İŞ, PUL

Bəxtsiz bürclərin bəxti açılır - SEVGİ, İŞ, PUL

Uzun müddətdir həyatlarında çətinliklər, uğursuzluqlar və gözlənilməz problemlərlə qarşılaşan bəzi bürclər üçün nəhayət ki, sevindirici dövr başlayır. Astroloqlar bildirir ki, planetlərin düzülüşündə baş verən dəyişikliklər bəxti gətirməyən bürclərə yeni imkanlar və şans gətirəcək.

 

Ən çox təsirlənəcək bürclər arasında xüsusilə Xərçəng, Qız və Oğlaq diqqət çəkir. Bu bürclər son aylarda həm maddi, həm də şəxsi həyatlarında ciddi sınaqlardan keçiblər. Lakin qarşıdakı dövrdə vəziyyət tamamilə dəyişəcək.

 

Xərçəng bürcü üçün yeni tanışlıqlar və emosional yenilənmə dövrü başlayır. Uzun zamandır alınmayan qərarlar indi asanlıqla həllini tapacaq, sevgi həyatında isə gözlənilməz sürprizlər mümkündür.

 

Qız bürcü iş və maliyyə sahəsində rahat nəfəs alacaq. Gecikən ödənişlər, alınmayan maaş və ya layihələr artıq müsbət nəticə verəcək. Yeni iş təklifləri və gəlirli fürsətlər gündəmə gələ bilər.

 

Oğlaq bürcü isə həyatında köklü dəyişikliklərlə qarşılaşacaq. Uğursuzluqların yerini uğur və sabitlik əvəz edəcək. Xüsusilə karyera və şəxsi inkişaf sahəsində yüksəliş gözlənilir.

 

Metbuat.az