Bəzi insanlar münasibətlərdə daha soyuqqanlı və sərbəst davranarkən, bəzi bürclər emosiyalarını çox dərin yaşayır. Astroloqlara görə, müəyyən bürclər ayrılıq və tərk edilmə qorxusunu digərlərinə nisbətən daha güclü hiss edir. Bu insanlar münasibətdə daha həssas, qayğıkeş və qoruyucu davranışları ilə seçilirlər. Onlar üçün sevgi sadəcə hiss deyil, həm də güvən və bağlılıq deməkdir.
Sevdiklərini itirməkdən qorxan 5 bürcü təqdim edir:
Xərçəng
Xərçəng bürcü emosional dünyası ən zəngin olan bürclərdən biridir. Onlar sevdikləri insanlara qısa zamanda bağlanır və münasibətlərə böyük dəyər verirlər. Ayrılıq ehtimalı belə Xərçəngləri dərindən sarsıda bilər. Buna görə də münasibətdə daim diqqət və sevgi görmək istəyirlər. Sevdiklərini qorumaq üçün bəzən həddindən artıq həssas və qısqanc davranırlar.
Əqrəb
Əqrəblər münasibətlərdə çox ehtiraslı və sahibkar olurlar. Onlar bir insana güvəndikdə bütün qəlbləri ilə bağlanırlar. Lakin xəyanət və ya tərk edilmək qorxusu onları daim narahat edə bilir. Bu səbəbdən qarşı tərəfin davranışlarını diqqətlə izləyirlər. Sevdiklərini itirmək düşüncəsi Əqrəbləri həm emosional, həm də aqressiv edir.
Buğa
Buğa bürcü həyatında sabitliyi və güvəni çox önəmli sayır. Münasibətdə özünü rahat hiss etdikdə qarşı tərəfə tam bağlanır. Sevdiyi insanın uzaqlaşdığını hiss etdikdə isə daxilən böyük stress yaşayır. Buğalar sevgilərini davranışları ilə göstərməyi sevirlər və münasibətlərin uzunömürlü olmasını istəyirlər. Onlar üçün ayrılıq həyatdakı ən ağır dəyişikliklərdən biri sayılır.
Balıq
Balıq bürcü romantik və xəyalpərəst xarakteri ilə tanınır. Sevdiyi insanı idealizə etdiyi üçün münasibətlərə çox böyük ümidlə yanaşır. Qarşı tərəfdən soyuluq gördükdə dərhal özünü narahat hiss edir. Balıqlar emosional bağlılığa çox önəm verdikləri üçün ayrılıqları uzun müddət unuda bilmirlər. Bu səbəbdən münasibətdə daim sevgi və anlayış axtarırlar.
Şir
Şirlər güclü və özünəinamlı görünsələr də, sevdikləri insanı itirməkdən qorxurlar. Amma çox vaxt bunu gizlətməyə çalışırlar. Onlar münasibətdə xüsusi və dəyərli olduqlarını hiss etmək istəyirlər. Əgər diqqətin azaldığını düşünərlərsə, emosional reaksiyalar verə bilirlər. Şirlər sevdiklərini qorumaq üçün hər şeyi etməyə hazırdırlar. Buna görə də münasibətlərdə həm sahibkar, həm də çox qayğıkeş tərəflərini göstərirlər.
/Metbuat.az




