Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Seda Sayanın ilk azərbaycanlı numeroloq qonağı Gövhər Sulcan oldu

Seda Sayanın ilk azərbaycanlı numeroloq qonağı Gövhər Sulcan oldu

Türkiyənin tanınmış müğənnisi və televiziya aparıcısı Seda Sayanın təqdim etdiyi proqramın budəfəki qonaqları arasında azərbaycanlı numeroloq, astroloq və kouç Gövhər Sulcan da yer alıb.

Gövhər Sulcan bununla da Azərbaycandan Seda Sayanın verilişinə dəvət alan ilk numeroloq və astroloq kimi diqqət çəkib. Onun proqramdakı iştirakı həm Türkiyə, həm də Azərbaycan izləyicilərinin marağına səbəb olub.

Veriliş zamanı Gövhər Sulcan numerologiya və astrologiya sahəsindəki yanaşmaları, həyat enerjisi, insan taleyinə təsir edən amillər və şəxsi inkişaf mövzularında fikirlərini bölüşüb. O, həmçinin bu sahədə uzun illərə söykənən təcrübəsindən danışaraq maraqlı açıqlamalar verib.

Azərbaycanı Türkiyənin ən çox izlənilən televiziya layihələrindən birində təmsil edən Gövhər Sulcanın çıxışı sosial şəbəkələrdə də maraqla qarşılanıb. İzləyicilər onun Seda Sayanla səmimi dialoqunu və proqramdakı çıxışını müzakirə ediblər.