Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

GÜNÜN ULDUZ FALI - 27.02.2021

GÜNÜN ULDUZ FALI - 27.02.2021

Qoç - Miranda və Elaranın münasibətləri işlərdə aktivləşmə, ideya və niyyətlərdə statistik çoxluq yaradacaq.

İndi ən mühüm işlə məşdudlaşmaq asan deyil. Bir işi qoyub, başqasına başlamayın.
İfrat çalışmaq qüvvə itkisinə, işgüzarlıq və məhsuldarlığın azalmasına səbəb ola bilər.
Yenə də əlavə işə başlasanız, sabah durumunuz yaxşı olmayacaq.

Tələsməyin, aramla və təmkinlə davransanız, daha çox iş görə bilərsiniz.
İşdə və fikirlərinizdə qayda yaradın.

Gün yeni mövzuya təkan verə bilər.
Çiy ideyalara qapılmayın.

Buğa - ilin ən mühüm, yaşamınızı müəyyənləşdirə biləcək günlərindən biri yaşanacaq. Andromeda və Titanın münasibətləri bu gün sizə gərəkli informasiyanı aramağı məsləhət bilir.

Bilikli, təcrübəli insanlarla təmaslar arayın, müvafiq xəbər mənbələrinə üz tutun.
Vacib cavab ala bilərsiniz.

Tərəfdaş və ya yoldaşlarla ümumi məqsədləri, gələcəklə bağlı planları müzakirə etmək olar. Yeni ideyalara təkan verməyə tələsməyin.

Gərəksiz olan hər şeydən qurtulun.

Ailənin təşəbbüsünüzə, xoş rəftarınıza ehtiyacı var.
Axşam saatlarında dostları qonaq çağırmaq, ya da onlarla bir araya gəlmək olar.

Əkizlər - Haron və Ledanın münasibətləri bu gün dəyişməyinizə şərait yaradacaq. Artıq heç bir mənası qalmayan münasibətlərlə nəsnələrdən qurtulmaq üçün əlverişli gündür.

Heç nəyin qarşısını almağa çalışmayın. Ciddi dəyişikliklər sizdən yan keçərsə, imic dəyişməyin yolları barədə düşünün.

Hansısa işi yenidən görməyə ehtiyac yaranarsa, münasibəti dəyişin, fəaliyyətinizdə düzəliş edin və situasiyadan mənfəətiniz üçün faydalanın. Böyük zəhmət və səy hesabına əldə etdiyiniz nəsnə ilə risk etməyin.

Maddi və maliyyə sahələrində yeniliklər, hədiyyə ola bilər.
Axşam uğurlu dönəmdir.

Xərçəng - ünsiyyət, təmaslar, əlaqələr, səfər, tədqiqat, macəra, informasiya axtarışları üçün əlverişli gündür.

Eşitdiklərinizdə rasional məzmun arayın. Təmaslar və əlaqələr spontan yaranarsa, həmsöhbətiniz də mövzuları sürəkli dəyişərsə, səbr kasanız daşmasın.
Bəlkə, hansısa məqamı nəzərdən qaçırıbsınız, ola bilər.

Konkret layihənin optimallaşdırılması istisna deyil.

Şəxsi münasibətlərdə cazibədar dinamika və yaşananlara təsir imkanları müşahidə olunacaq.

Şir - bu gün yaranan və baş verən çətinliklər ciddi problemlər deyil. Kallisto və Umbrielin münasibətləri stress, sürprizlər, gərginliklər dolu gün vəd edir. Müşküllərdən belə, yararlanmağa çalışın.

Praktiki maraqlarınızı yadınızdan çıxarmayın, vaxtınızı boş yerə, mənasız məsələlərə sərf etməyin.
İş üçün sərfəli gündür. Həqiqətən də, məşğul olduğunuzu görəndən sonra ətrafınızdakı insanlar sizə mane olmayacaqlar.

Müzakirə etməyə məsələ varsa, ünsiyyət üçün pis gün deyil.
Axşam saatlarını mütailə, internetdə dolaşmaq və ya filmə baxmaqla da keçirmək olar.
Yuxusuz qalmayın, istirahət edin.

Yorğunluq hiss etməsəniz, çətinliklərə sinə gərmək asandır.

Qız - ümumən harmonik gün olsa da, şəxsi fəallığınız kiməsə yardım etmək və ya həzz almadığınız, amma etməli olduğunuz işlə məşğul olmaq zərurəti yaradacaq.
İş çox olsa da, nəticələrin keyfiyyətli olmasına çalışın.

Evin qayğılarını həll etməklə də məşğul olmaq mümkündür. Fəqət, bütün öhdəliklər və tələblərdən qurtularaq öz işinizi görün. Yeni təəssüratlar, yenilik hissi də pis olmaz.

Şəxsi maraq dairənizə yeni dostlar və tanışları cəlb edin.
Axşam saatlarını maraqla keçirməyə cəhd göstərin.

Tərəzi - qəfil və gözlənilməz işlərin sizi çulğamasına imkan verməyin. Kallisto ilə Elaranın münasibətləri sizdən baş verənlərə zahirən də olsa, hazır olduğunuzu göstərməyinizi tələb edir.

Özünüzə əminliyiniz yaxın ətrafınızdakı insanlara müsbət təsir edəcək, yaşananlara dəqiq qiymət verəcəksiniz. Hər şeyi ideal şəkildə bitirməyə çalışmayın, amma nəyisə mütləq tamamən başa vurun.

Prosesdən də razı qala bilərsiniz.
Konkret əməllər, ideyaların reallaşması pis alınmayacaq. İşdəki duruma və ailədəki vəziyyətə diqqət ayırın.

Tərəfdaşlarınızın mövqelərini nəzərə alın, ümumi fəaliyyəti razılaşdırın. Həyat və işinizdə mühüm müstəviləri qaydaya salmaq imkanını əldən verməyin.

Şəxsi münasibətlərinizdə hissləriniz sizə yol göstərəcək.

Əqrəb - Avropa və Marsın münasibətləri hətta ən neqativ durumda belə, sizə yardım edəcək. Təcili nəyisə düzəltmək, münaqişənin yaranmasına imkan verməmək üçün gərəkli anı buraxmayın, ayıq olun.

Müqavilə, sənəd imzalanması, iri məbləğdə xərcləri təxirə salın.
Əlavə gəlir mənbəyinin formalaşmağa başladığı gündür.

Seçdiyiniz kursda səbatlı olun. Yaxın ətrafınızdakı insanlar sizi müxtəlif tərəflərə çəkəcək, dəyəri şübhə doğuran işlərlə yükləməyə çalışacaqlar.

Pulunuzu hara və necə xərcləməklə bağlı kimsəyə sizin əvəzinizə qərar qəbul etməyə imkan verməyin.

Görüş və danışıqlar üçün əlverişli gündür. Əhval üçün xarici görkəm çox mühümdür.

Oxatan - Oberon və Tefeyanın münasibətləri bu gün sizinlə işdəki rəhbərlik arasındakı söhbəti qaçılmaz edəcək. Səhər saatlarında görüşməyə çalışın, qətiyyətli olun.

Səfər, işdəki problemin həlli, informasiya, yeni işə hazırlıq üçün əlverişli gündür. Tərəfdaşla həyata keçirilən işin miqyasını artırmaq olar.

Sədlər və maneələr darmadağın olur, emosiyalar və əzm dalğasında irəliyə gedirsiniz. Tələsin, qarşıda hədəf var, sizi kimsə saxlaya bilməsin.

Bununla belə, qəza riskinin artdığını və sayıq davranmağın gərəkdiyini də unutmayın.
Yolda, mexanizm və avadanlıqla işdə ehtiyatlı olun.

Sosial şəbəkədəki yazışma əhvalınıza xoş təsir edə bilər.

Oğlaq - həyatınızda dərindən təhlilə və təfərrüatlı yenilənməyə ehtiyac duyan məsələlər varsa, bu gün problemlərin olduğu çox məkanda qayda yarada bilərsiniz.

Avropa və Ledanın münasibətləri hadisələrin istiqaməti ilə emosional çalarlarını dəyişəcək. Mühüm işlərin siyahısı dəyişməz qalır.

Sizi çoxlu xəbərlər gözləyir. Baxış bucağını genişləndirməyə, daha çox məlumat aramağa çalışın.

İşiniz və karyeranız, perspektivləriniz barədə düşünməyin. Təkliflər, hətta ən cazibədar təsir bağışlayan ifadələr vaxtından əvvəl səslənə bilər.

Alış-veriş üçün əlverişli gün olsa da, artıq heç nə almayın. Ümumiyyətlə isə cəzb və ya vəd nə qədər maraqlı olarsa, gözlənti də bir o qədər güclənəcək.

Dolça - Deymos və Ayın münasibətləri ideyaların reallaşma şansını artırır, emosionallağını azaldır, faydalı iş əmsalını yüksəldir. Yaranmış şəraitdən faydalanmağa tələsin.

Yaradıcılıq imkanlarınız indi yüksək səviyyədədir və bu səbəbdən də yanlış müəyyənləşdirdiyiniz çərçivədə qalmayın.
Yaxın ətrafınızdakı insanlardan ifrat diqqət gözləməyin. Seçim imkanı yaranarsa, şəraiti dərhal dəyərləndirin və tez qərar qəbul edin.

Gözləntilərə rəğmən, bu gün işlər uğurlu alına bilər.
Görüş, yazışma, informasiya axtarışı, gələcəyin planlaşdırılması üçün uğurlu gündür.
Sevdiyiniz insanla ciddi məsələni müzakirə etməyə hazır olun.

Balıqlar - Pasife və Enseladın münasibətləri ifrata varmamağı, ətrafınızda təhlükəsizlik zonasının yaradılmasını məsləhət bilir. İşgüzar və şəxsi münasibətlərinizin olduğu insanların əsəbləri ilə oynamayın.

Hətta sərt tənqid üçün səbəb tapsanız belə, aqressiv olmayın.
Ətrafınızdakı insanlar, xüsusilə də rəqiblər həlli vacib problemə çözüm axtararkən bəxtiniz gətirə bilər.

Rəqiblərlə ehtiyatlı olun. Həyatınızı çətinləşdirən müşküllərdən faydalanmağa çalışın.

Daim təxirə saldığınız məsələni bu gün həll etmək olar.
Fiziki iş və idman məşğələləri üçün əlverişli gündür.

Şəxsi münasibətlərdə diqqətli olun, vədlərinizi unutmayın.

Milli.Az