Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

GÜNÜN ULDUZ FALI - 10.04.2021

GÜNÜN ULDUZ FALI - 10.04.2021

Qoç - Məqsədə çatmaq üçün çox çalışırsınız. Lakin o məqsədə aparan yolun istiqamətini və niyyəti reallaşdırmağın variantlarını düşünün. Sədləri aşmaq, zor tətbiq etmək barədə düşünməyin. Belədə, ola bilsin ki, məqsədə çatasınız. Amma vaxt və qüvvə israfı böyük olacaq. Bəzi tədbirlərdən, görüşlərdən, habelə əyləncədən imtina etməli olacaqsınız.

Ruhdan düşməyin. Əldə olunan qələbənin sevinci sizə hər şeyi unutduracaq.

Günün ikinci yarısında hansısa çoxdankı münaqişənin yenidən alovlanması istisna deyil. Bəzi adamlar vaxtilə onlara vurduğunuz zərbələri xatırlayacaqlar. Münasibətlərdə diqqətli olun.

Buğa - Qəfil uğur, işlərdə ciddi irəliləyiş ola bilər. Bu gün əldə edilən razılaşmalar və sövdələşmələr sərfəlidir. Peşəkar fəaliyyətlə bağlı məsələlərin həllində intuisiyanı dinləyin. O, sizi aldatmayacaq.

Danışıqlarda və müzakirələrdə aktiv olun. İndiyədək sizinlə sərin münasibətlərdə olan insanda sizə rəğbət hissi yarana bilər.

Günün ikinci yarısında yeni tanışlıqlar olacaq. Onlardan biri, istəyiniz varsa, dostluğa çevrilə bilər. Yaşam arealında yeniliklər, təmirə başlamaq, interyer predmetləri almaq üçün əlverişli zamandır.

Əkizlər - Nikbin olun. Günün ilk yarısı kiçik anlaşılmazlıqlar və həllini tələb edən problemlər baxımından zəngin olacaq. Vaxt ötdükcə müsbət təmayüllərin təsiri güclənəcək. Situasiya yaxşılığa doğru dəyişir. Peşəkar fəaliyyət müstəvisində yaranan problemlərin öhdəsindən gələ bilərsiniz. Çətin anda sizə dayaq olan müttəfiq və tərəfdaşların yardımlarından yararlanın.

Kiçik ağrılar ola bilər. Amma səhhətinizdə ciddi problemlər yaranmayacaq. Axşam saatları gəzinti, dostlarla görüş və romantik təmaslar üçün əlverişlidir.

Xərçəng - İntellektual potensial səviyyəsi yüksəkdir. Çətin problemlərin öhdəsindən gələcəksiniz. Ağır vəziyyətə düşən tanışa və ya dosta yardım edin. Peşəkar fəaliyyət müstəvisindəki mövqelərinizi daha səbatlı edin. Nüfuzlu insanın dəstəyini ala bilərsiniz. Yeni işə keçmək, habelə fəaliyyətinizin istiqamətində köklü dəyişiklik etmək olar.

Şəxsi münasibətlər sarıdan düşərli gündür. İllüziyalara qapılmayın. Özünüzü və ətrafınızdakı insanları dəqiq qiymətləndirin. Belədə qarşılıqlı anlaşma əldə etmək çətin olmayacaq.

Şir - İşgüzar görüşlər və danışıqlar üçün əlverişli gündür. Opponentləriniz konstruktiv dialoqa hazır olmasalar belə, məqsədə çata bilərsiniz. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, diqqətli olun. Dəvət aldığınız tədbirə qatıla bilərsiniz.

Gəlirlər istisna deyil.

Əks cins mənsubları ilə ünsiyyət üçün yaxşı gündür. Yaxınlarınız sizə dəstək verir, işlərinizdə kömək etmək istəyirlər. Yeni romantik münasibətlər başlana bilər. Onlar ilk əvvəl asan olmasa da, zaman keçdikcə daha harmonik səciyyə daşıyacaq.

Qız - Başladığınız işi sonuclamaq üçün inadkar və qətiyyətli olun, səy göstərin. Dərhal təslim olmayın, geri çəkilməyin. Şəraitdən və yaranan situasiyadan, problemlərdən asılı olmayaraq irəliləməyə çalışın. Zamanın sınağından çıxmış müttəfiqlərin sayəsində rəqibləri üstələyə bilərsiniz. İndiyədək sizə dəstək vermək istəməyən insanı öz tərəfinizə çəkin.

Ailədə kiçik anlaşılmazlıqlar ola bilər. Mənasız, kiçik, önəmsiz məsələlərə görə mübahisə, ya da dartışmaya səbəbkar olmayın.

Dostlarla görüş üçün yaxşı vaxtdır. Romantik ünsiyyətlə bağlı gözləntilərdə yanılacaqsınız.

Tərəzi - Adi günlərdən fərqli olaraq əhvalınız sürətlə dəyişəcək. Sağlam məntiqin emosiyalara yenilməsinə imkan verməyin. Ən əlverişsiz məqamda hisslərə qapılmayın. Evdə və işdə problemlər çoxdur, gün gərgindir. Dəqiq, səlis fəaliyyət planı hazırlayın. Əvvəlcədən tərtib olunmuş plan üzrə hərəkət etsəniz, mənasız emosiyalardan qurtularsınız.

Anlaşma, sövdələşmə, alış-verişdə pul xərcləmək üçün əlverişli gün deyil. Qənaətcil olun. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Əqrəb - Günün ilk yarısında başlayacağınız işlərdə uğur qazana bilərsiniz. İntizamlı, iradəli, soyuqqanlı davranın. Yaranan yeni imkanlardan dərhal istifadə etməyə çalışın. İfşa olunmaqdan qorxmayraq hiyləgərlik etmək olar. Əsas odur ki, kimsəyə zərər vurmayasınız.

Bilik, informasiya, təcrübə əldə etmək üçün düşərli gündür.

Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılın. Hüquqi məsələnin həlli ilə məşğul olmaq, məsləhət üçün vəkilə üz tutmaq olar. Maliyyə fonu əlverişlidir.

Oxatan - Sizi aldatmağa, fırıldaq qurbanı etməyə çalışacaqlar. Təxribatlara uymayın, tələyə düşməyin. Situasiya nə qədər qarışıq olsa da, yaşananları adekvat dəyərləndirin. Yeni tanışlıqlar olacaq. İşgüzar fəaliyyət baxımından faydalı ola biləcək şəxslərlə münasibətlər quracaqsınız. İşdə rəhbərlik, müstəqil fəaliyyətdə isə tərəfdaşlarla dil tapın. Karyera inkişafı və irəliləyiş istisna deyil.

Planlaşdırılmamış səfər ola bilər. Dostlar və ya qohumlardan birinin üzləşdiyi problemi çözməkdə həmin şəxsə yardım edin.

Günün ikinci yarısı gəlirlər istisna deyil.  

Oğlaq - Nə baş versə də, soyuqqanlı qalmağa çalışın. Problemlər narahatlıq və ya nigaranlığa səbəb olmaq üçün əhəmiyyətli deyil. Bir neçə gün sonra bu günün hadisələrini unudacaqsınız. Əsas odur ki, əvvəlcədən hazırladığınız planlardan əl çəkməyin, prinsiplərinizə xəyanət etməyin. İşdə həmkarlarla və dostlarla fikir ayrılığı ola bilər. Bir müddət sonra onlar haqlı olduğunuzu etiraf edəcəklər.

Yaxınlarınızla ünsiyyətdə münaqişələrə yol verməmək üçün səbirli olun. Ailə üzvləriniz sizi təbdən çıxara bilərlər. Amma aqressiv olmayın.

Dolça - Diqqət mərkəzində olacaqsınız. Nüfuzlu şəxslər ideyalarınız və planlarınızla yanaşı, onların həyata keçirilmə yolları ilə də maraqlanırlar. Onlardan biri sizə yardım etmək istəyəcək. Gəlirlər istisna deyil.

Bizneslə məşğul olursunuzsa, sərmayədar tapacaqsınız. Yeni bazarlara çıxa bilərsiniz. Anlaşma, sövdələşmə, müzakirələr üçün yaxşı gündür.

Alış-veriş etmək olar. Bədxərclik etməyin. Qeyri-adi əşyalar ala bilərsiniz. Zövqünüz sizi aldatmayacaq. Nəticəsi sizi uzun müddət sevindirə biləcək işləri seçin.

Ailə üzvləri və yaxınlarla ünsiyyətdə qayğıkeş, səmimi olun.

Tərəfdaşlarla yeni birgə layihəyə başlamaq olar.

Balıqlar - Sizi maraqlı görüşlər gözləyir. Taleyin sizi qarşılaşdırdığı insanlar barədə tələsik qərar verməyin. Onların düşündüyünüzdən yaxşı olmaları istisna deyil. Yeni romantik münasibətlər yarana bilər.

İşdə rəhbərliklə mübahisə yaranarsa, mövqelərinizdən geri çəkilməyin.

Önəmli sənədlərlə iş, maliyyə hesabatlarının hazırlanması, dövlət qurumlarının mənsubları ilə təmaslar üçün uğurlu gün deyil. Çətinliklər yaranarsa, onları qət etməyin ən sadə yolunu arayın. Həmin yol optimal variantdır.  

Milli.Az