Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

GÜNÜN ULDUZ FALI - 05.05.2021

GÜNÜN ULDUZ FALI - 05.05.2021

Qoç - işgüzar danışıqlar, müzakirələr, sövdələşmələr və anlaşmalar üçün əlverişli gündür. İdeyalarınızın əksəriyyəti dəstəklənəcək, təkliflərinizin bir çoxu uzun-uzadı müzakirələr olmadan qəbul ediləcək.

Anlaşmaların nəzərdən keçirilməsi zamanı şərtlərinizi diqtə edə bilərsiniz. Fiziki iş yorucu ola bilər.

Günün ikinci yarısında travma riski var.

Yeni tanışlıqlar xoş olacaq. Bu gün başlanacaq dostluq münasibətləri sürətlə, harmonik inkişaf edəcək. Dəyər verdiyiniz insanların məsləhətlərinə qulaq asın.

Axşam saatlarını sizi anlayan insanlarla keçirin. 

Buğa - tələskənliyə, vurnuxmaya yol verməyin. Səbrli və səliqəli davranın. İşlərdə qayda yaratmaq, yığılıb qalmış problemləri çözmək, bədxah və rəqiblərlə mübarizədə onları üstələmək şansları var. Özünüzə qarşı tələbkar olun. Yaxın ətrafınızdakı insanlarla qayğıkeş və həlim rəftar edin. Belə olarsa, indi barrikadaların əks tərəflərində olduğunuz adamlarla belə, normal münasibətləri qoruya bilərsiniz.

Günün ikinci yarısında mürəkkəb və önəmli məsələləri yaxınlarınızla müzakirə etməyin. Ortaq məxrəcə gəlmək çətindir. Ciddi mübahisələr yaranacaq. Sərt tənqidə aqressiv reaksiya göstərməyin.

Əkizlər - qarışıq, çətin, ağır olan gündür. Məqsədləriniz yaxşıdır, amma onlara çatmaq üçün vasitə və yolları dürüst seçin. Bəzi vasitələr, metodlar eqoist, təhlükəli, effektsizdir. Müttəfiqlər və ya tərəfdaşlarla fikir ayrılıqları yarana bilər. Bəzi işgüzar münasibətlərə, həmkarlarla əlaqələrə son qoymaq vaxtı çatıb. Qərar qəbul edərkən yaxşıca düşünün, tələsik addım atmayın.

Günün ikinci yarısında ailədəki bir sıra ciddi problemləri uğurla həll etmək olar. Stereotiplərdən imtina edin. İndiyədək imkanlarınız məhdudlaşdıran yanlışlıqlardan qurtulun. Ətrafınızdakı insanlar maraqlıdır və onlar marağınızı hiss edirlər.

Axşam saatları ünsiyyət üçün əlverişlidir.

Xərçəng - daha çoxa nail olmaq ümidi ilə riskə meylli olmayın. Təbii, uğur istisna deyil. Amma soyuqqanlı, təmkinli olsanız və həddən çox vəd verənlərə inanmasanız, işlərinizdə irəliləyişlərə nail ola bilərsiniz.

İş yerinizi dəyişibsinizsə, yeni iş yerində çalışırsınızsa, ilk əvvəl çətin olacaq. Lakin bir müddət sonra anlayacaqsınız ki, köhnə ilə müqayisədə yeni daha yaxşıdır.

Günün ikinci yarısında uzağa səfərə yollanmayın. İstənilən yerlə müqayisədə evdə özünüzü daha rahat hiss edəcəksiniz. Yaxınlarınız, sevdiyiniz insanlarla ünsiyyət, təmaslar üçün münasib gündür. Adamların çox olduğu yerə yollanmaqdan çəkinin.

Hətta seriala baxmaq belə, sizi sakitləşdirə bilər.

Şir - ideyalarınız nə qədər yaxşı olsa da, yaxın ətrafınızdakı insanlar onları anlamır və dəstəkləmirlər. Mübahisələrə, dilətutmalara çox vaxt sərf etməyin. Fikirlərinizlə ideyalarınızı müstəqil şəkildə həyata keçirməyə başlayın. İlk uğurlardan sonra yardımçılar və müttəfiqlər sizi dəstəkləməyə başlayacaqlar.

Təxəyyülünüzü məhdudlaşdırmayın. İndi ağlasığmaz təsir bağışlayan ideyalar bir müddət sonra reallaşa bilər.

Günün ikinci yarısında səfər və ya səyahətdə problemlər yarana bilər. Evdən uzaqda olarkən alış-verişə çox pul xərcləməyin. Vəsaitiniz boşuna gedəcək.

İmici dəyişmək, qarderobu yeniləmək üçün əlverişli gündür.

Qız - bu gün başlayacağınız işlərin hamısını bitirə bilməyəcəksiniz. Buna rəğmən iradəli, qətiyyətli, inadkar olun. Belədə uğur sizdən yan qaçmayacaq. İşgüzar danışıqlar mürəkkəb olacaq. Haqqınızda sərt sözlər eşitməyiniz istisna deyil. Fəqət, söhbətin nəticəsi istədiyiniz kimi olacaq.

Günün ikinci yarısında maliyyə fonu uğurludur. Gəlirlər istisna deyil. Pulları saxlayın, onları biznesə yatırmağa, alış-veriş etməyə tələsməyin.

Yaxınlarınızın nəzərində nüfuzunuz yetərincədir. Məsləhət verdiyiniz insan sözlərinizə qulaq asacaq.

Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin.

Tərəzi - yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər. Sizi narahat edən problemlər, müşküllər barədə inandığınız insanlara danışın. Hissləriniz barədə susmayın. Sükütu pozun. Münaqişəyə qatılmayın, mübahisə etməyin. Qarşılıqlı narazılıq və inciklikdən qurtulmağa çalışın.

Günün ikinci yarısında işlərdə ciddi uğurlara nail ola bilərsiniz. İstənilən, hətta ən çətin məsələləri yanınızdakı insanlarla müqayisədə daha tez və effektiv həll etmək olar. Bundan başqa, yeni bilik və bacarıqları sürətlə əxz edin. Məsuliyyəti boynunuza götürməkdən çəkinməyin.

Gəlirlər istisna deyil.

Əqrəb - ətrafınızdakı insanlar sizinlə maraqlanırlar. Orijinal, təkrarolunmaz olun. Əks cins mənsublarından birinin diqqətinə layiq olacaqsınız. Diqqət izharlarından biri usandırıcı və yorucu ola bilər. Fəqət, ünsiyyəti xoş insanı da tapmaq olar.

Günün ikinci yarısında yaşam arealının yenilənməsinə başlamaq olar. Həyatınızda yeni, daha maraqlı və əlverişli mərhələ başlanır.

Alış-veriş zamanı parlaq, qeyri-adi əşya almaq olar.

Oxatan - önəmli, emosional baxımından zəngin gündür. Hadisələrin simvolik mənaları var. Yaşananları anlamaq, dürüst nəticələrə gəlmək üçün bir qədər vaxta ehtiyac var. Psixoloq və ya astroloqa üz tutmağa tələsməyin.

Günün ikinci yarısında ləyaqətsiz, hətta təhlükəli insan sizə qarşı çıxacaq. Uzunmüddətli fəsadları ola biləcək qərarlar qəbul etməyə tələsməyin.

Axşam saatlarında aktiv istirahətə üstünlük verin.

Oğlaq - peşəkar fəaliyyət müstəvisi ilə bahəm şəxsi münasibətlərdə dəyişikliklər, yeniliklər üçün əlverişli zamandır. Seçdiyiniz yoldan çıxmayın, irəliləyin. Tale sizə xoş sürprizlər verə bilər. İntuisiya çox mühümdür. Hadisələrin hansə məcrada inkişaf edəcəyini təxminləməyə səy göstərin. Yaxınlıqdakı insanlardan bəziləri sizə məsləhət üçün müraciət edəcəklər. Onları dinləyin.

Günün ikinci yarısında qeyri-adi, orijinal əşyalar almaq, yaxud da mövcud arealı yeniləmək olar. Yaşanan olayların hamısı yaxşı olmayacaq. Problemlər sizi ruhdan salmasın. Gərginlik və təlaş az olmayacaq.

Dolça - məhsuldar və effektiv gündür. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün sədləri və maneələri dəfn edin. Yeni müttəfiqlər tapsanız, onların dəstəyi gələcək qələbələrin rəhni olacaq. Ehtiyatlı olmağı, ətrafa baxmağı unutmayın.

Bu gün xətrinizə dəyəcək insan az sonra düşməninizə çevrilə bilər.

Günün ikinci yarısında yaxınlarınızla daha çox vaxt keçirsəniz, problemlər azalar. Səfər və səyahətləri təxirə salın. Evdə qalmaq imkanı yoxdursa, dəyər verdiyiniz insanı kiçik hədiyyə ilə sevindirin.

Axşam saatlarında aktiv, təşəbbüskar olun.

Balıqlar - yaxın ətrafınızdakı insanlara yardım etməyə çalışsanız da, bu səyləriniz dəyərləndirilməyəcək. Əksinə, nə qədər çox kömək etməyə can atsanız, bir o qədər sərt tənqid ediləcəksiniz. Tənqidlər əhvalınızı korlamasın. Başladığınız işi bitirin, yarımçıq heç nə saxlamayın.

Maliyyə fonu uğurlu deyil. Pulla bağlı məsələlərdə həssas davranın, ehtiyatlı olun. Sizi dəstəkləmək istəyən insanlar azdır.

Günün ikinci yarısında bəzi qərar və addımlarınız ətrafınızdakı insanlara ekstravaqant, absurd təsir bağışlaya bilər. Reaksiyalara fikir verməyin. Çətin məsələlərin həllini intuitiv tapmağa çalışsanız, yaşamınızda müsbət təmayüllərin təsiri güclənəcək.  

Milli.Az