Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ekstrasens Azra Zəngəzur dəhlizi, rus sülhməramlıları və Ərdoğandan danışdı

Ekstrasens Azra Zəngəzur dəhlizi, rus sülhməramlıları və Ərdoğandan danışdı

Dəqiq proqnozları ilə seçilən, hər zaman gerçəkləri öncədən görüb açıqlayan ekstrasens Azra Məcidova bu dəfə də bir çox məsələlər haqqında fikirlərini bölüşüb.   Sözsüz ki, müsahibimizlə söhbət ən önəmli mövzudan – Qarabağdakı vəziyyətdən danışaraq başladıq. Onun sözlərinə görə, Zəngəzur dəhlizi artıq Azərbaycan üçün açılıb. 

“Ümumiyyətlə Azərbaycanın vaxtilə itirdiyi bütün ərazilər zamanla geri qaytarılacaq. Təəssüf ki, hələ bir müddət Qarabağda gərginlik davam edəcək. Bunun da bir səbəbi var – rus sülhməramlıları. Onlar orada olduğu müddətdə təxribatların olması gözləniləndir. Amma zaman gələcək ermənilər yenidən bizim nökərimiz olacaq. Necəki uzun illər əvvəl belə idi. Onlar yurdu olmayan köçəri millətdir. İrəvan xanlığında dövlət yaratmaq istədilər, amma zaman gələcək Ermənistan dövləti olmayacaq. Azərbaycan öz bütövlüyünü mütləq bərpa edəcək. Düzdür bir ara İran da yenidən ayağa qalxmağa, nələrsə etməyə çalışdı, amma onlar da gerçəkləri görüb geri çəkildi. Qarabağ zamanla Azərbaycanın gözü olacaq, necəki İstanbul Türkiyənin döyünən ürəyidir. Bizə kömək edən yeganə ölkə Türkiyədir. Qısa zamanda Ərdoğanın sayəsində rus sülhməramlıları da Qarabağdan çıxacaq”. 

- Yadımdadır ki, əvvəlki müsahibələrinizdə Azad Rəhimov haqqında danışarkən R.T.Ərdoğanın da səhhətində ciddi problemlər yaranacağını demişdiniz.   
- Bir müddət əvvəl Azad Rəhimovla bağlı verdiyim proqnoz təəssüf ki, özünü doğrultdu. Ürək ağrısı ilə olsa da deməliyəm ki, Ərdoğan üçün də bu çətin günlər gözlənilir. Təki mən yanılım, amma nə etmək olar, Allahın yazısı... Ərdoğanın səhhətində böyük problemlər olacaq. Hələki öz kürsüsündədir, amma o gedən kimi Türkiyədə qarışıqlıq yaşanacaq.    

- 2022-ci ildə vəzifədən gedəcək şəxslərin sayı çox olacaq? 

- Çox olacaq, amma istəmirəm indidən hamısının adını açıqlayım. Bu barədə növbəti müsahibələrdə danışarıq. Hələlik deyim ki, 2022-ci ildə vəzifədən gedəcək insanlar içərisində ilk olaraq Kəmaləddin Heydərovun adını qeyd edə bilərəm.   

- Bəs 2 ildir mübarizə apardığımız COVİD 19 virusu barəsində fikirləriniz necədir?  

- 2022-ci ildə COVİD 19 virusu 85-90% bitəcək. Dekabr, yanvar, fevral aylarında nisbətən yoluxma sayı çoxalacaq, amma təhlükəli həddə çatmayacaq. Əksinə zamanla azalacaq və xəstəlik bitəcək.